Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qusarın Laza kəndində yenidən palçıq və lil axını müşahidə olunub

Qusarın Laza kəndində yenidən palçıq və lil axını müşahidə olunub

03.09.2026 [22:54]

Sentyabrın 3-ü səhər saatlarından etibarən Qusar rayonunun Laza kəndi ərazisində dağlıq ərazidən kəndə doğru yenidən palçıq və lil axını müşahidə olunub.

Qusar rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, palçıq axını kəndin yollarına və təsərrüfata ziyan vurmayıb.

“İndi Laza kəndindən qayıdıram. Əraziyə baxış keçirdik. Bu dəfə palçıq axını az müşahidə olunub. Artıq azalıb. Kənddə heç bir fəsada yol açmayıb”, - deyə Ş.Fərəməzov söyləyib.

Laza kəndində analoji təbiət hadisələri ötən ilin iyun və oktyabr aylarında da müşahidə olunub. Həmin vaxt palçıq axını kəndin yollarına və təsərrüfata ciddi ziyan vurmuşdu.

“Şəlalələr diyarı” adlandırılan Laza kəndi Azərbaycanda xarici turistlərin ən çox səyahət etdikləri turizm məkanlarındandır.

Paylaş:
Baxılıb: 246 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30