Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksək rütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksək rütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

16.08.2026 [23:45]

Şənbə günü Livanın cənubunda İsrail əsgərlərinə edilən hücuma cavab olaraq “Hizbullah” hərəkatının Bədr bölməsinin yüksək rütbəli komandiri öldürülüb.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) bəyanatında bildirilib.

Bəyanatda deyilir: "İDF Hizbullahın təhlükəsizlik zonasında (Livanın cənubundakı) əsgərlərə qarşı hərəkətlərinə cavab olaraq “Hizbullah”ın Bədr bölməsinin yüksək rütbəli komandiri Əbu Həsən Alaanı öldürüb".

Hərbçilərin sözlərinə görə, həmin şəxs "təhlükəsizlik zonasında fəaliyyət göstərən İsrail Müdafiə Qüvvələri əsgərlərinə qarşı çoxsaylı hücumların təşkilində, o cümlədən Livanın cənubundakı əsgərlərə partlayıcı maddələrlə yüklənmiş dronların atılmasında iştirak edib.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Əbu Həsən Alaan "son illərdə əsgərləri və İsrail mülki şəxslərini hədəf alan Hizbullahın bir neçə döyüş bölməsinə komandanlıq edib".

Paylaş:
Baxılıb: 322 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30