Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Alimlər təyyarə heyətini kosmik radiasiyadan qorumağın daha effektiv yolunu tapıblar

Alimlər təyyarə heyətini kosmik radiasiyadan qorumağın daha effektiv yolunu tapıblar

14.09.2026 [23:39]

İsrailli alimlər hər il havada yüzlərlə uçuş keçirən pilot və stüardessaların peşə sağlamlığını qorumaq üçün hündürlüklərdə kosmik radiasiyanın dəqiq monitorinqini aparmağın yeni və daha effektiv yolunu nümayiş etdiriblər.

AZƏRTAC İsrailin TPS-IL mətbuat xidmətinə istinadla xəbər verir ki, tədqiqat çərçivəsində Yaxın Şərq regionu üzərində ilk dəfə birbaşa kosmik radiasiya ölçülüb.

Yerusəlim İbrani, Reyxman və Tel-Əviv universitetlərinin mütəxəssisləri atmosferin 35 kilometr hündürlüyünə xüsusi detektor şarlar buraxaraq müəyyən ediblər ki, Günəş əslində təyyarələri zərərli kosmik şüalardan müdafiə edən nəhəng bir qalxan rolunu oynayır. Lakin Günəşin aktivliyi azaldıqda bu qoruyucu təbəqə zəifləyir və Yer atmosferinə daha çox qalaktik kosmik şüa daxil olur.

Alimlərin hesablamalarına görə, Günəşin passiv dövrlərində uçuş hündürlüyündəki radiasiya səviyyəsi adi vaxtlardan 40-60 faiz daha yüksək ola bilər.

Tədqiqatçılar qeyd edirlər ki, ildə bir neçə dəfə səyahət edən sərnişinlər üçün narahatlığa heç bir səbəb yoxdur və Beynəlxalq Radioloji Mühafizə Komissiyası bu səviyyəni insan sağlamlığı üçün əhəmiyyətsiz hesab edir. Lakin daim yüksək hündürlükdə, uzunmüddətli və qütblərə yaxın marşrutlarda uçan təyyarə heyəti üçün bu dalğalanmaların monitorinqi həyati əhəmiyyət kəsb edir.

Nüfuzlu “Journal of Geophysical Research: Atmospheres" nəşrində dərc olunan bu araşdırma aviasiya işçiləri üçün kosmik şüaların fərdi təsirini əvvəlcədən hesablamağa və gələcəkdə radiasiya risklərinin minimuma endirildiyi daha təhlükəsiz uçuş marşrutlarının hazırlanmasına imkan verəcək.

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30