İnkişaf strategiyasının hədəflərindən biri
16.09.2026 [10:30]
“Makroiqtisadi dayanıqlılıq” üzrə işçi qrupun növbəti iclasında nələr müzakirə olunub?
Mərkəzi Bankda (MB) “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə bağlı “Makroiqtisadi dayanıqlılıq” üzrə işçi qrupun növbəti iclası keçirilib. İclasda Strategiyanın “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi”nin 3 fəaliyyət istiqaməti çərçivəsində təsdiq edilmiş 15 tədbirin cari dövr üzrə monitorinq və qiymətləndirmə nəticələri müzakirə olunub.
Mərkəzi Bankın sədrinin birinci müavini və işçi qrupun sədri Əliyar Məmmədyarov “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi” üzrə icra nəticələri və əldə olunmuş nailiyyətlər barədə danışaraq Mərkəzi Bank tərəfindən həyata keçirilmiş təşəbbüsləri diqqətə çatdırıb.
Görüşdə Mərkəzi Bank, işçi qrupun üzvləri və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri arasında “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi” üzrə həyata keçirilmiş tədbirlərin icra vəziyyəti, cari il üzrə monitorinq və qiymətləndirmənin nəticələri, əldə olunmuş nailiyyətlər və qarşıda duran məsələlər ətrafında müzakirələr aparılıb, həyata keçirilən fəaliyyətlərin effektivliyinin daha da artırılması istiqamətində növbəti addımlar müəyyən edilib.
Şaxələnmiş iqtisadiyyat dayanıqlılığı təmin edib
Xatırladaq ki, “Makroiqtisadi dayanıqlılıq” üzrə işçi qrupu Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılıb. Makroiqtisadi dayanıqlılıq ölkə iqtisadiyyatının daxili və xarici şoklara, böhranlara və qiymət dəyişikliklərinə qarşı tab gətirmək, eləcə də sabit inkişafı qoruyub saxlamaq qabiliyyətidir. Bura inflyasiya sabitliyi və qiymətlərin kəskin artımının qarşısının alınması və hədəf diapazonda idarə olunması, bank və maliyyə sektorunun etibarlı və sağlam fəaliyyətinin təmin edilməsi, dövlət büdcəsinin və pul-kredit siyasətinin iqtisadi dəyişikliklərə uyğun çevik tənzimlənməsi, valyuta ehtiyatlarının adekvat səviyyədə olması və xarici ticarət tarazlığı kimi amillər daxildir.
Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir. Ölkədə makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi məqsədilə yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmalıdır. Yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bunun üçün əsas məqsəd iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır.
İnflyasiya həddi və manatın sabitliyi qorunur
Xarici təsirlərə dayanıqlıq sütunlarından birini dövlətin valyuta ehtiyatları, digərini isə intizamlı borclanma təşkil edir. Xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması üçün Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payı tədricən azaldılmalıdır. Məcmu borc makroiqtisadi sabitliyə, o cümlədən dövlət büdcəsinin sabitliyinə xidmət etməlidir. Daxili borcun idarə edilməsi ölkədə maliyyə bazarlarının inkişafını dəstəkləməli, xarici dövlət borcunun dayanıqlı səviyyəsi qorunmalı, dövlət şirkətlərinin borclanmalarına nəzarət gücləndirilməli və bu əsaslarda dövlət və kvazi-dövlət borcunun idarəedilməsi təşkil olunmalıdır.
Eləcə də, makroiqtisadi sabitliyin əsas meyarı olan qiymətlərin aşağı və stabil olması əsas prioritetlərdəndir. Bu sabitlik iqtisadiyyatda gözləntiləri yaxşılaşdırır, əhalinin yığımlarını dəyərsizləşmədən qoruyur və və investisiyaları artırır. Makroiqtisadi sabitliyin digər mühüm meyarı olan dayanıqlı maliyyə sabitliyi maliyyə bazarlarının daim effektiv və səmərəli fəaliyyət göstərməsini, maliyyə dərinliyinin artmasını və maliyyəyə çıxışın genişlənməsini şərtləndirir.
Məhz bu dayanıqlılıq tədbirləri nəticəsində 2026-cı ilin ötən dövründə ÜDM-in real ifadədə 1,2 faiz artımı təmin olunub, sənaye və istehsal proseslərində dinamika qorunub saxlanılıb. İnflyasiya qorunan orta həddə saxlanılıb. Makroiqtisadi sabitliyin əsas dayağı kimi dolların manata qarşı məzənnəsinin 1,70 manat səviyyəsində qalması təmin edilib. Ölkəmizin strateji ehtiyatları artaraq 90 milyard dolları ötüb, xarici dövlət borcu azalaraq 4,5 milyard dollara düşüb.
Ölkədə ÜDM-in artımının tamamilə qeyri-neft-qaz sektorunun hesabına formalaşması iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun gücləndirilməsi istiqamətində mühüm nailiyyətdir. Bu tendensiya iqtisadi sabitliyin daha da möhkəmlənməsinə və uzunmüddətli dayanıqlı inkişafın təmin olunmasına xidmət edir.
Yeni hədəflər və proqnozlar
Ümumilikdə, o, beynəlxalq təcrübə və yerli xüsusiyyətlər nəzərə alınmaqla təklif olunan tədbirlərin həyata keçirilməsi ölkədə makroiqtisadi dayanıqlığın gücləndirilməsi, maliyyə sabitliyinin daha da artırılması, həmçinin maliyyə sektorunun inkişaf etdirilərək iqtisadi artımda rolunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Hazırda strategiyanın davamı kimi “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində makroiqtisadi dayanıqlılıq istiqaməti üzrə strateji tədbirlərin müəyyənləşdirilməsi, onların aralıq və yekun hədəflərinin formalaşdırılması, müvafiq tədbirlərin əsaslandırılması və tələb olunan maliyyə ehtiyaclarının qiymətləndirilməsi nəzərdə tutulur.
Qarşıdakı 3 ildə sabitlik fonunda iqtisadi artım proqnozu müsbət dinamika ilə xarakterizə olunur. Proqnozlara əsasən 2027-ci ilin sonuna ÜDM-in həcmi 139 milyard manat təşkil edəcəyi, 2030-cu ildə isə 166,9 milyard manata qədər artacağı gözlənilir. ÜDM-də qeyri-neft-qaz sektorunun payının 2025-ci ildəki 71,5 faizdən 2027-ci ildə 78 faizə, 2030-cu ildə isə 81,8 faizə çatacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3, faiz, qeyri-neft-qaz ÜDM-in 4,2 faiz olacağı proqnozlaşdırılır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39

