“Qisas” əməliyyatından 4 il ötür...
01.08.2026 [11:43]
Qırxqız, Sarıbaba yüksəklikləri ordumuza daha geniş ərazilərə nəzarət imkanı yaratdı
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi regionda güc balansının Azərbaycanın tərəfində olduğunu nümayiş etdirmişdi. Azərbaycanın “dəmir yumruğunun” qarşısında cəmisi 44 gün duruş gətirə bilən Ermənistan həmin il noyabrın 10-da imzaladığı kapitulyasiya sənədi ilə ölkəmizin qələbəsini qəbul etdi. Bununla belə, kapitulyasiyaya imza atsa da, rəsmi İrəvan imzaladığı üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməkdən yayınmağa çalışırdı. Belə ki, o vaxt erməni silahlılarının Azərbaycan torpaqlarını tam şəkildə tərk etməsi ilə bağlı öhdəlik hələ də yerinə yetirilmirdi. Hələ də Azərbaycan ərazisində qalan bu erməni silahlıları vaxtaşırı təxribatlar törədir, silahlı insidentlərlə sabitliyi pozur, regional təhlükəsizliyə təhdid yaradırdı. Belə təxribatlar həm şərti dövlət sərhədində, həm də o zaman Rusiya sülhməramlılarının məsuliyyət zonasında qanunsuz erməni silahlı dəstələri tərəfindən baş verirdi. Təbii ki, Azərbaycan Ordusu tərəfindən əməliyyatlar keçirilərək bu təxribatların qarşısı qətiyyətlə alınıb.
Tutarlı cavab
Belə əməliyyatlardan birinin - “Qisas” əməliyyatının keçirilməsinin avqustun 3-də 4 ili tamam olur. Xatırladaq ki, 4 il öncə həmin gün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görüldü. Bu yüksəkliklər ordumuza daha geniş ərazilərə nəzarət etmək imkanı yaratmış oldu.
Ermənilərin canlı qüvvəsi və döyüş texnikaları məhv edildi
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir neçə döyüş mövqeyi dağıdılıb, Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
Azərbaycan o vaxt dəfələrlə bəyan etmişdi ki, üçtərəfli Bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüd idi. Müdafiə Nazirliyi isə bəyan etmişdi ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq.
Prezident İlham Əliyev də bu məsələyə toxunaraq bildirmişdi ki, şəhidimizin qanı yerdə qalmadı: “Bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu. Allah ona rəhmət eləsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz”.
“Qisas” əməliyyatının davamı...
Lakin həmin əməliyyatdan da Ermənistan dərs götürmədi. Dünyadakı erməni lobbisinə, o cümlədən, öz havadarlarına güvənərək vaxt uzatmaq istəyən Ermənistan regionda gərginliyi saxlamağa və hərbi təxribatlarını davam etdirməyə çalışırdı. Prezident İlham
Əliyev hələ o zaman erməni təxribatlarına cavab olaraq “Qisas” kimi əməliyyatların keçiriləcəyini istisna etməmişdi. 2023-cü il iyulun 28-də ordumuz tərəfindən məhz “Qisas-2” əməliyyatı keçirildi ki, bu əməliyyat nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin 5 üzvü məhv edildi. Bütün bunlar Ermənistana və Qarabağdakı separatçı rejimə ciddi zərbə oldu.
Lakin nə Ermənistan rəhbərliyi, nə də Qarabağdakı separatçı rejim bütün bunlardan nəticə çıxarmaq istəmirdi. Ona görə də, Azərbaycan ordusu həmin ilin sentyabrında Qarabağda antiterror əməliyyatı keçirərək ərazini tamamilə qeyri-qanuni erməni silahlı dəstələrindən təmizlədi, separatçı rejimin rəhbərliyini həbs edərək ədalət mühakiməsinə çıxardı. Rusiya sülhməramlıları isə vaxtından tez ərazini tərk etməli oldu. Beləliklə, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi!
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

