Bir əsrdən artıq davam edən yaradıcılıq salnaməsi!
01.08.2026 [09:15]
Kinomuzun 128 illik tarixinə baxış...
1898-ci ilin 2 avqust tarixi Azərbaycan kino salnaməsində xüsusi yer tutur. Məhz həmin gün Aleksandr Mişonun çəkdiyi “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” sənədli xronikaları və “İlişdin” adlı bədii süjeti nümayiş etdirilmiş, bu hadisə isə sonradan milli kinomuzun yaranmasının başlanğıcı kimi tarixə düşmüşdür.
Sabah milli kinomuzun yaranmasından 128 il ötür. Bu illər ərzində çətin, mürəkkəb və şərəfli bir yol keçən Azərbaycan kinosu xalqımızın tarixini, milli-mənəvi dəyərlərini, insan və onun cəmiyyətdəki mövqeyini ekranlara gətirməklə bərabər, həm də dəyərlərimizi qoruyub.
Mədəniyyət sahəsinə daim diqqət və qayğı göstərən Heydər Əliyev milli kino sənətimizə həmişə yüksək dəyər verirdi. Ümummilli lider Azərbaycan xalqının bir çox nəsillərinin kino sənəti ilə tərbiyələndiyini, kinonun təsiri altında formalaşıb, inkişaf etdiyini və mədəniyyətə qovuşduğunu qeyd edirdi. O, xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidmətlərinin əvəzsiz olduğunu vurğulayırdı. Bu baxımdan Heydər Əliyevin “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən, hər il avqustun 2-si ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur.
Azərbaycan kinosu hər zaman fərqliliyi, milliliyi özündə birləşdirib. Ötən əsrin 70-80-ci illərinin birinci yarısında Azərbaycan kinosu özünün intibah dövrünü yaşayırdı. Bu illərdə Azərbaycan kinematoqrafçılarının yaratdıqları dəyərli filmlər milli-mənəvi dəyərlərin təbliğində, milli özünüdərk duyğularının oyadılmasında, milli şüurun formalaşmasında və yetişməkdə olan gənc nəslin tərbiyəsində mühüm rol oynamışdı. Həmin illərdə Azərbaycanda 110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə də 44 cizgi filmi istehsal olunmuşdu. “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Şərikli çörək”, “Dərviş Parisi partladır”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami” və başqa bədii filmlərimiz bu illərdə çəkilib. Bu filmlərimizi fərqləndirən əsas cəhətlərdən biri də xalqımızın həyatına, başlıcası isə çoxəsrlik tariximizə, adət-ənənələrimizə, milli dəyərlərimizə daha dərindən nüfuz etməsində idi.
Sovet Azərbaycanının ilk kinolenti 1923-cü ildə çəkilən “Qız qalası” filmidir. Film o dövrdə çoxlu tənqidlərə məruz qalıb. Həmin dövrdə yalnız “Bakinski raboçi” qəzeti filmə belə münasibət bildirmişdi: “Qız qalası” filminin çəkilişi kino sənətinin ilk inkişaf dövrü üçün səciyyəvidir və Sovet Azərbaycanının birinci tammetrajlı bədii filmidir”.
1924-cü ildə lentə alınmış “Əvəz-əvəzə” filmi Azərbaycanın ilk detektiv filmidir. Film Qafqaz dağlarında xarici kəşfiyyatın fitnə-fəsadlarından danışır. Ekran əsərində sovet çekistlərinin mübarizəsi ön plana çəkilib. Filmin bəzi epizodları isə Kislovodskda lentə alınıb.
Azərbaycan kinosu tarixində ilk böyük ekspedisiya çəkilişi 1927-ci ilin sonlarında lentə alınmağa başlayan “Hacı Qara” filmidir. Bu filmin çəkilişlərində bir neçə məkandan istifadə edilib. Film Ağdamın Muradbəyli, Şuşanın Xəlfəlidərə və Daşaltı kəndlərində, Suxumidə lentə alınıb. 1928-ci ildə Bakı kinofabrikinin yeni istifadəyə verilmiş kinopavilyonunda kütləvi səhnələr, mürəkkəb çəkiliş manerası tələb edən bazar, dükan epizodları lentə alınıb.
“İsmət” filmi Azərbaycan kinosunun sonuncu səssiz filmidir. Əsər M.Mikayılovun rejissorluğu ilə 30-cu illərdə ekranlaşdırılıb. O illərdə Azərbaycan qadınının taleyindən həyəcanla, eyni zamanda, iftixar hissi ilə danışan film təkcə sənət əsəri kimi deyil, həm də həyati fakt kimi əhəmiyyət kəsb edir.
Müstəqillik illərində milli kinomuza xüsusi diqqət yönəldilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində məhv olmaq təhlükəsi ilə üzləşən incəsənətin bu vacib sahəsi 1993-cü ildə onun hakimiyyətə qayıdışı ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. 1998-ci il 19 avqust tarixdə “Kinematoqrafiya haqqında” Qanun qəbul edildi, bununla da dövlət kinematoqrafiyasının hüquqi bazası yaradıldı. 1996-cı ildə isə Azərbaycan Dövlət Film Fondu yaradıldı, filmlərin qorunması təmin edildi.
Bu gün Azərbaycan kinosu özünün yeni inkişaf mərhələsini yaşayır. Əlbəttə, hər bir sahə kimi kino sənətinə də dövlət qayğısı nəzərəçarpacaq dərəcədə hiss edilir. Dövlət tərəfindən ayrılan maliyyə yardımları ölkəmizin kino istehsalının daha da inkişaf edəcəyinə əminlik yaradır. Azərbaycan kinosu zamanın böyük sınaqlarından şərəflə çıxaraq xalqa xidmət yolunu tutub. Tamaşaçıların milli kinoya marağı xeyli dərəcədə artıb. Bütün bunlar 128 yaşı olan Azərbaycan kinosunun sürətli tərəqqi dövrünü yaşadığını və qarşıda böyük inkişaf perspektivlərinin olduğunu təsdiqləyir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20

