Astronomlar ən parlaq və nəhəng Bətəlqeyzə ulduzunun kompanyonunu kəşf ediblər
30.07.2026 [23:18]
Gecə səmasında ən parlaq olan Bətəlqeyzə ulduzlar arasında ən nəhəngidir. Bəzən parlayan və solğunlaşan Orion bürcündəki qırmızı nəhəng partlayış ərəfəsində cazibəsini artırır. Bu astronomik fenomen minilliklərdir müşahidə olunur, lakin alimlər ulduz haqqında vacib detalı dəqiqləşdiriblər: Bətəlqeyzə tək deyil.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Avropa Cənub Rəsədxanasının Çilidə yerləşən nəhəng teleskopundan istifadə edən tədqiqatçılar Bətəlqeyzə ilə orbitdə fırlanan daha bir ulduzu müşahidə ediblər.
Bətəlqeyzənin kütləsi Günəşimizin kütləsindən təxminən 16,5-19 dəfə, fiziki ölçüsü isə 750-850 dəfə böyükdür. Onun yeni müəyyən edilmiş kompanyonu da nəhəngdir. Həmin ulduz Günəşdən 2,6-3,1 dəfə daha kütləlidir və diametri 1,8-2 dəfə böyükdür. Bətəlqeyzə Günəşdən təxminən 100 min dəfə daha parlaq işıq saçır. Digər ulduzun parlaqlığı isə Günəşdən 92 dəfə çoxdur.
İki ulduz Yerdən təxminən 500-600 işıq ili məsafədə yerləşir. İşıq ili işığın bir ildə qət etdiyi məsafədir (9,5 trilyon km).
Alimlər bir əsrdir ki, Bətəlqeyzənin kompanyonu ola biləcəyini ehtimal edirlər və son illərdə aparılan bəzi tədqiqatlar bunu təsdiqləyib. Paris Rəsədxanasının Astrofizika üzrə Cihazlar və Tədqiqatlar Laboratoriyasının (LIRA) astronomu Migel Montarjesin sözlərinə görə, yeni tədqiqat ilk birmənalı kəşfi təmsil edir.
Bətəlqeyzə və onun ətrafında fırlanan ulduz bir-birinə cazibə qüvvəsi ilə bağlıdır və onların arasında təxminən Saturnun Günəşdən orbital məsafəsinə bərabər fəza var və ya Yerin Günəşdən məsafəsindən təxminən 8,8 dəfə böyük məsafədə fırlanırlar.
Belə nəhəng ulduzlar adətən ikili sistemlərdə və ya daha çox ulduzlar olan kəhkəşanda mövcud olur. Əvvəlki tədqiqatlar göstərir ki, Bətəlqeyzənin dəyişkən parlaqlığı ulduzun kosmosa atdığı, toz əmələ gətirmək üçün soyuyan isti və sıx bir material buludu ilə idarə olunur.
Kosmosdakı ən böyük ulduzlar nisbətən qısa ömür sürür, materiallarını sürətlə yandırır. Bətəlqeyzə təxminən 10 milyon yaşındadır və təqribən 10 milyard illik ömrü olan Günəşdən daha gəncdir. Onun həyatının son mərhələlərində olduğu və supernova partlayışının başlanğıcı olaraq çox genişləndiyi güman edilir.
Astronomlara görə, bu ulduz o qədər nəhəngdir ki, əgər Günəş sistemimizdə olsaydı, onun səthi Yupiterin orbitindən kənara çıxardı.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

