YAP Naftalan şəhər təşklilatı Qarabağ iqtisadi rayonuna səfər təşkil edib
27.07.2026 [14:27]
İyunun 27-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının təşəbbüsü ilə təşkilatın bir qrup fəalının iştirakı ilə Qarabağ iqtisadi rayonuna maarifləndirici səfər təşkil olunub.
İştirakçılar əvvəlcə Ağdam şəhərinə səfər edərək işğaldan azad olunmuş şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastruktur layihələri, yeni yaşayış məhəllələri və abadlıq tədbirləri ilə yaxından tanış olublar. Ağdam Cümə məscidini ziyarət edən gənclərə abidənin tarixi, işğal dövründə uğradığı dağıntılar və aparılan bərpa işləri haqqında ətraflı məlumat verilib.
Sonra iştirakçılar Əsgəran qalasını ziyarət ediblər. Onlara XVIII əsr Azərbaycan memarlığının nadir nümunələrindən olan qalanın tarixi, memarlıq xüsusiyyətləri və Qarabağ xanlığının müdafiəsində oynadığı mühüm rol barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində Xocalı şəhəri də iştirakçılar tərəfindən ziyarət edilib. Fəallar Xocalı şəhidlərinin əziz xatirəsini dərin ehtiramla yad edib, şəhərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar.
Daha sonra iştirakçılar Xankəndi şəhərində olublar. Şəhər gəzintisi zamanı Xankəndidə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, yenilənən şəhər infrastrukturu və müasir yaşayış mühiti ilə yaxından tanış olublar. Bildirilib ki, şəhərdə reallaşdırılan layihələr bölgənin sosial-iqtisadi inkişafına, müasir şəhər mühitinin formalaşdırılmasına və dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir. Eyni zamanda, şəhərdə ucalan “Zəfər Tağı” abidəsi və Qarabağ Universiteti də iştirakçılar tərəfindən ziyarət edilib.
Sonda Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ziyarət edilib. Fəallar Cıdır düzündə, Molla Pənah Vaqifin məqbərəsində, Yuxarı Gövhər Ağa məscidində və Şuşa qalasında olub, şəhərin tarixi-mədəni irsi, işğaldan azad edildikdən sonra həyata keçirilən bərpa və konservasiya layihələri ilə yaxından tanış olublar.
Səfərin sonunda vurğulanıb ki, belə maarifləndirici səfərlər işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini yaxından izləmək, tarixi-mədəni irsimizi daha dərindən öyrənmək, milli həmrəyliyin və vətənpərvərlik ruhunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

