Milli Mətbuat – Xalqın səsi, dövlətin gücü
21.07.2026 [14:28]
Hər il iyulun 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu əlamətdar tarix Azərbaycan milli jurnalistikasının banisi Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşr etdirdiyi "Əkinçi" qəzetinin ilk nömrəsinin çap olunması ilə bağlıdır. "Əkinçi" qəzeti xalqın maariflənməsinə, milli şüurun formalaşmasına və ana dilinin inkişafına böyük töhfələr vermiş, Azərbaycan mətbuatının təməlini qoymuşdur. Milli mətbuatımız ötən 150 ilə yaxın dövr ərzində böyük inkişaf yolu keçmiş, cəmiyyətin maariflənməsində, milli-mənəvi dəyərlərin qorunmasında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynamışdır. Tarixin müxtəlif mərhələlərində mətbuat xalqın problemlərini işıqlandırmış, milli azadlıq ideyalarının yayılmasına xidmət etmiş, müstəqillik uğrunda mübarizədə əhəmiyyətli rol oynamışdır. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda söz və mətbuat azadlığının inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyev mətbuatın inkişafına xüsusi diqqət yetirmiş, demokratik cəmiyyətin qurulmasında azad medianın rolunu yüksək qiymətləndirmişdir. Onun təşəbbüsü ilə 1998-ci ildə Azərbaycanda kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilmiş, bu da milli mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur.
Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə informasiya siyasəti daha da təkmilləşdirilmiş, media qurumlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması və peşəkarlığının artırılması istiqamətində mühüm addımlar atılmışdır. Medianın inkişafı üçün qanunvericilik bazası yenilənmiş, müasir dövrün çağırışlarına uyğun islahatlar həyata keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martında imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi idi. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə medianın qarşısında yeni vəzifələr dayanır. İnformasiya təhlükəsizliyinin qorunması, dezinformasiyaya qarşı mübarizə, operativ və obyektiv xəbərlərin ictimaiyyətə çatdırılması jurnalistikanın əsas prioritetlərindən biridir. Azərbaycan mediası da bu istiqamətdə öz fəaliyyətini daim təkmilləşdirir, milli maraqların qorunmasına xidmət edən informasiya siyasəti həyata keçirir.
Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan jurnalistləri böyük peşəkarlıq nümayiş etdirərək cəbhədən operativ məlumatlar çatdırmış, Ermənistanın yaydığı saxta məlumatların ifşa olunmasında mühüm rol oynamışlar. Mətbuat nümayəndələri Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərmiş, informasiya müharibəsində ölkəmizin mövqeyinin müdafiəsinə əhəmiyyətli töhfə vermişlər. Bu gün Azərbaycan mediası yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ənənəvi media ilə yanaşı, elektron media və rəqəmsal platformalar da cəmiyyətin informasiya təminatında mühüm rol oynayır. Müasir jurnalistikanın əsas prinsipləri olan obyektivlik, qərəzsizlik, operativlik və peşəkarlıq daim ön planda saxlanılır.
22 İyul – Milli Mətbuat Günü yalnız jurnalistlərin peşə bayramı deyil, həm də Azərbaycan sözünün, milli düşüncəsinin və dövlətçilik ənənələrinin təntənəsidir. Milli mətbuatımızın keçdiyi şərəfli yol gələcək nəsillər üçün örnək olaraq qalacaq və Azərbaycanın inkişafına bundan sonra da xidmət edəcəkdir.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSiyasət
19 Sentyabr 10:25
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39

