Pentaqon Kubaya hərbi müdaxiləni nəzərdən keçirir?
18.07.2026 [09:54]
ABŞ Venesuelada öz maraqlarını təmin etdikdən sonra onun növbəti hədəfinin Kuba olacağı bildirilirdi. Lakin Vaşinqtonun İranla müharibəyə başlaması Kubaya hərbi müdaxiləni arxa plana keçirib. Bununla belə, ABŞ Kubaya qarşı təzyiqlərini davam etdirməkdədir.
Vaşinqtonun təzyiqləri daha da güclənib
ABŞ Dövlət Departamentinin Qərb Yarımkürəsi İşləri Bürosunun rəhbəri Maykl Kozak Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində çıxışı zamanı deyib ki, rəsmi Vaşinqtonun Kubaya qarşı təzyiqi əvvəlki dövrlərlə müqayisədə daha da güclənib. Onun sözlərinə görə, Vaşinqton Kuba hökumətini “fundamental islahatlar həyata keçirməyə” təşviq edir. Bu addımlar ABŞ-ın mövqeyinə əsasən, ölkənin “yenidən həyat qabiliyyətinə çatması” üçün zəruridir. Dövlət Departamentinin rəsmisi Kuba ilə bağlı beynəlxalq məsləhətləşmələrə də toxunub. O qeyd edib ki, ABŞ digər ölkələrlə danışıqlarda müəyyən irəliləyiş əldə edib və tərəfdaşları Kubaya, hətta məhdud həcmdə yardım göstərməməyə çağırır.
Xatırladaq ki, ötən ay Pentaqonun rəhbəri Pit Heqset jurnalistlərə verdiyi açıqlamada Ağ Evin Kuba Prezidenti Migel Dias-Kanelin ölkədən qaçırılması (oğurlanması) ssenarisini ciddi şəkildə masaya qoyduğunu etiraf etmişdi. ABŞ-ın Karib hövzəsində artan hərbi fəallığı və kəşfiyyat uçuşları ilə bağlı sualları cavablandıran Heqset, rəsmi Vaşinqtonun Kuba rejimini dəyişməkdə qərarlı olduğunu gizlətməyib: “Hazırda bizim əlimizdə hər növ hərbi və strateji planlar mövcuddur. Kuba prezidentinin ələ keçirilməsi də daxil olmaqla, bütün mümkün və radikal variantlar hazırda masanın üzərindədir”.
Pentaqon rəhbəri onu da xüsusi vurğulayıb ki, bu məsələdə yekun və qəti qərarı şəxsən Prezident Donald Tramp özü qəbul edəcək. Nəzərə alaq ki, bir müddət əvvəl Prezident Donald Tramp Mayamidə keçirilən iqtisadi sammitdə regional gərginliyə toxunaraq “Yeri gəlmişkən, növbəti hədəf Kubadır” bəyanatını səsləndirmişdi. Ağ Evin bu açıq hədələrindən və ABŞ Hərbi Dəniz Qüvvələrinin “Nimitz” aviadaşıyıcı qrupunun Karib dənizinə daxil olmasından sonra Havana həyəcan təbili çalıb. Kuba hakimiyyəti ölkədə mülki müdafiə tədbirlərini maksimum dərəcədə gücləndirərək, ABŞ-ın mümkün hərbi müdaxiləsinə və qaçırma əməliyyatlarına qarşı dinc əhaliyə kütləvi şəkildə odlu silah paylamağa başlamışdı. Beynəlxalq ekspertlər Maduronun qaçırılmasından sonra Vaşinqtonun bu addımını regionu tamamilə alova bürüyəcək yeni bir müharibə anonsu kimi qiymətləndiriblər.
Bugünlərdə isə ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ administrasiyası milli təhlükəsizliyinə Kuba tərəfindən düşündüyü təhdidlərin aradan qaldırılması üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır. Onun sözlərinə görə, Kubada siyasi və iqtisadi islahatların həyata keçirilməsinə ehtiyac var, ölkə iqtisadiyyatı “sərbəst eniş vəziyyətindədir”. “ABŞ milli təhlükəsizliyə yönəlmiş təhdidləri aradan qaldırmaq, Kubanın daha yaxşı gələcəyi naminə iqtisadi və siyasi islahatları təşviq etmək üçün əlində olan bütün vasitələrdən istifadə etməyə davam edəcək. Kuba rəhbərliyi gec olmadan real islahatlar, sülh və rifah yolunu seçməlidir”, - deyə dövlət katibi vurğulayıb.
İranla müharibə Kubaya qarşı hərbi variantı hələlik istisna edir
“CBS News” telekanalı isə bir neçə mənbəyə istinadən məlumat yayıb ki, Pentaqon son həftələrdə Kubaya qarşı mümkün hərbi əməliyyat variantlarını, o cümlədən ABŞ ordusunun 101-ci hava-desant diviziyasının tərkibində olan minlərlə hərbçinin iştirakı ilə desant əməliyyatını nəzərdən keçirir. Mənbələrin məlumatına görə, söhbət qəbul edilmiş qərardan deyil, ilkin hərbi planlaşdırmadan gedir. Onlar vurğulayıblar ki, ABŞ Prezidenti Donald Tramp və Pentaqon rəhbərliyi hələlik hər hansı əməliyyatın keçirilməsinə icazə verməyib.
Telekanal qeyd edir ki, ötən ayın sonunda ABŞ hərbçiləri qapalı brifinq keçiriblər. Brifinq zamanı ayrı-ayrı missiyaların həyata keçirilməsi ilə bağlı mümkün ssenarilər, tələb olunan qüvvələrin sayı, logistika və potensial risklər müzakirə olunub. Bununla yanaşı, “CBS News”-un həmsöhbətləri hesab edirlər ki, yaxın vaxtlarda ABŞ-ın hərbi diqqətinin Kubaya yönəlməsi ehtimalı azdır. Buna səbəb ABŞ qüvvələrinin və resurslarının əhəmiyyətli hissəsinin artıq İrana qarşı keçirilən əməliyyata cəlb olunmasıdır.
ABŞ Prezidentinin mövqeyinə gəlincə, Donald Tramp düşünür ki, Kuba hakimiyyəti Vaşinqtonla münasibətlərin yaxşılaşdırılması istiqamətində irəliləyir: “Uzun illər sonra Kuba Amerikanın orbitinə yaxınlaşır”. Halbuki, Donald Tramp ötən ay Kubada Venesuela ssenarisi üzrə ada dövlətinin rəhbərliyinin dəyişdirilməsi əməliyyatının həyata keçirilməsi ehtimalını istisna etməmişdi. Bununla yanaşı, Ağ Ev rəhbəri diqqəti ona çəkib ki, Kuba və Venesuela Amerika ərazisinə İrana nisbətən xeyli yaxın yerləşir: “Daha bir məqam var. Bu yerlər yaxınlıqdadır. İrana nəzər salsaq, bu, çox uzun uçuşdur. Venesuela isə nisbətən yaxındır, Kuba isə, sözün əsl mənasında, iki addımlıqdadır”.
Sanksiyalar artırılır
Rəsmi Vaşinqton Havanaya təzyiqləri artırmaq üçün sanksiyalardan da geniş istifadə edir. Belə ki, ABŞ Dövlət Departamenti Prezident Donald Tramp administrasiyasının Kubanın hakimiyyətinə təzyiqi gücləndirməyə yönəlmiş siyasəti çərçivəsində ada dövlətində fəaliyyət göstərən daha 10 təşkilata qarşı sanksiyaların tətbiq edildiyini elan edib. Bəyan olunub ki, ABŞ Kuba kommunist rejimindən qaynaqlanan milli təhlükəsizliyə təhdidləri aradan qaldırmaq, eləcə də ölkəni daha yaxşı gələcəklə təmin edəcək iqtisadi və siyasi islahatlara dəstək olmaq üçün bütün yollardan istifadə etməyə davam edəcək: “Hər 10 təşkilat Kubadakı repressiyalara, həmçinin ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə təhdid yaradan fəaliyyətə aidiyyəti olan şəxslərə və strukturlara qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsini nəzərdə tutan ABŞ prezidentinin fərmanına əsasən sanksiyalar siyahısına daxil edilib”.
Rəsmi Havana isə hesab edir ki, ABŞ-ın Kubaya qarşı sanksiyaları Donald Tramp administrasiyası tərəfindən bu ölkəyə mümkün hərbi müdaxiləyə haqq qazandırmaq üçün bəhanə kimi istifadə olunur. Kubanın ABŞ-dəki səfiri Lianis Torres Rivera “Associated Press”ə müsahibəsində deyib ki, Vaşinqton Havananın təhlükə doğurması təəssüratını yaratmağa çalışır, lakin Kuba ABŞ üçün heç bir təhlükə yaratmır və qarşıdurmaya can atmır: “Liderlərimizə qarşı sanksiyaları Amerika xalqının bizim təhlükə yaratdığımızı düşünməsinə səbəb olmaq üçün bəhanə kimi görürük. Biz ABŞ üçün təhlükə deyilik və qarşıdurma istəmirik”. L.T.Rivera Kubaya qarşı mövcud məhdudiyyətləri “bombasız müharibə” adlandıraraq, bunların enerji təchizatına məhdudiyyətlər də daxil olmaqla təzyiqin bir hissəsi olduğunu iddia edib. O, həmçinin vurğulayıb ki, Kubanın siyasi sistemini güc və ya məcburiyyət yolu ilə dəyişdirmək üçün edilən hər hansı cəhd müqavimətlə qarşılanacaq.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

