/ / Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Gəncə Şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirib
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Gəncə Şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirib
14.07.2026 [15:13]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Gəncə Şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə ilk dəfə gəlməsinin 57-ci ildönümünə həsr olunmuş tədbir keçirib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının məsləhətçisi Elçin Salahov, Gəncə Şəhər Heydər Əliyev Mərkəzinin məsul əməkdaşı Mələk Qurbanova, Kəlbəcər Rayon Statistika İdarəsinin rəisi Ramil Salmanov, Dövlət Sosial Müdafiə Fondunun Şərqi Zəngəzur Regional İdarəsinin müdiri Amil Salmanov, Ərazi Partiya Təşkilatının nümayəndələri, YAP Kəlbəcər rayon təşkilatının məsul əməkdaşları, eləcə də YAP fəalları iştirak edirdilər.
Tədbirdən əvvəl iştirakçılar Gəncə Şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini, eləcə də Azərbaycanın inkişaf mərhələlərini əks etdirən ekspozisiyalarla tanış olublar. Mərkəzin əməkdaşı Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verib.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi Elçin Salahov, Gəncə Şəhər Heydər Əliyev Mərkəzinin məsul əməkdaşı Mələk Qurbanova və digər çıxış edənlər bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi ölkənin tarixində yeni inkişaf mərhələsinin başlanğıcı olub.
Qeyd olunub ki, Ulu Öndərin respublikaya birinci rəhbərliyi dövründə Azərbaycan sürətli sosial-iqtisadi inkişaf yoluna qədəm qoyub, aqrar respublikadan inkişaf etmiş sənaye ölkəsinə çevrilib, elm, təhsil, mədəniyyət və digər sahələrdə mühüm nailiyyətlər əldə edilib. Həmin illərdə minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradılıb, milli hərbi kadrların hazırlanmasının əsası qoyulub. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması isə Ulu Öndərin uzaqgörən siyasətinin mühüm nəticələrindən biri kimi qiymətləndirilib.
Çıxışlarda vurğulanıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanmaq və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas edib, ölkədə ictimai-siyasi sabitliyi bərpa edərək müasir dövlətçiliyin möhkəm təməlini yaradıb.
Bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Liderin siyasi kursu uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı uğurla davam edir.
Sonda vurğulanıb ki, Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir, davamlı inkişafını təmin edərək yeni uğurlara və tarixi nailiyyətlərə imza atır.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35

