“MİLLİ İNTİBAHDAN MÜSTƏQİLLİYƏ: AZƏRBAYCANIN BÖYÜK İNKİŞAF YOLUNUN BAŞLANĞICI”
14.07.2026 [14:28]
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbərliyə başlamasının 57-ci ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açaraq çıxış edən YAP Naxçıvan şəhər təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli bildirib ki, Ümummilli Lider Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə sələflərindən təhvil aldığı bütün sahələrdə dərin böhranın təzahür etdiyi ölkəmizi keçmiş SSRİ-nin ən geridə qalmış respubilkalarından birindən çiçəklənən, inkişaf edən diyara çevirmişdir. Ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan uğurlar Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı isə dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. Məhz bu yolun uğurla davam etdirilməsinin nəticəsi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı altında ölkəmiz regionun aparıcı ölkəsinə, qlobal aktora çevirib, ərazi bütövlüyü problemini kökündən həll edib və dünən IV Şuşa Qlobal Media Forumunda qeyd etdiyi kimi, Azərbaycan orta güc statusu qazanıb.
Tədbirdə çıxış edən NDU-nun dosenti Akif Əliyev qeyd edib ki, müstəqil, iqtisadi cəhətdən qüdrətli Azərbaycan dövlətini yaratmaq xilaskar kimi Ulu Öndər Heydər Əliyevə nəsib olub. 1993-cü ildə ölkəmizin üzərini qara buludların aldığı çətin bir vaxtda, xalqın çağırışına səs verərək düçar olduğumuz bəla və xaosu aradan qaldırmaq üçün heç bir dövlət başçısının öhdəsindən gələ bilməyəcəyi bir məsuliyyəti üzərinə götürməklə Azərbaycanın əbədi müstəqilliyini təmin edib. Ulu Öndər müasir Azərbaycanın qurucusu, memarı kimi tanınıb, həm xalqımızn, həm də qlobal miqyasda milyonların ehtiramını qazanıb. Ümummilli Liderimizin həyata keçirdiyi islahatlar, böhran içərisində olan Azərbaycan iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi uğurlu siyasət xalqın gələcəyə olan inamını artırmaqla ölkəmizin dünya birliyinə açılan yoluna işıq salıb. Artıq Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurları xarici güclər tərəfindən etiraf olunur. Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyində Azərbaycan dahi liderimizin dövlətçiliyimizlə bağlı bütün amallarının gerçəkləşməsi dövrünü yaşayır.
Partiya fəalı, Naxçıvan şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Həmidə Qoçəliyeva öz çıxışında bildirib ki, Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini dahiyanə düşüncələri və zəngin dövlətçilik təcrübəsinə əsasən xalqa çatdıran ümummilli lider əsas vəzifə kimi hüquqi, demokratik, dünyəvi dövlət quruculuğuna diqqət yetirdi. O, insan hüquqlarının qorunmasını, çoxpartiyalı sistemin yaradılmasını, müxalif qüvvələrlə konstruktiv əməkdaşlıq baxımından qanunlara əsaslanan mövqeyini bəyan etdi. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə insan hüquq və azadlıqlarının müdafiəsi üçün möhkəm təməl formalaşdırıldı. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası ləğv olundu. 1995-ci ildə ulu öndərin rəhbərliyi ilə ilk müstəqil Konstitusiyamız qəbul olundu. Dahi şəxsiyyət bildirilirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. İMüstəqillik əldə etdikdən sonra öz sərvətlərinin tam sahibi olan Azərbaycanın gələcəyini düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtaran Ümummilli Liderimizin uzaqgörən siyasətinin əsasında neft amilindən istifadə etməklə Azərbaycanın dünya iqtisadi bazarına inteqrasiyasını həyata keçirdi. Müstəqil Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biri də əsası Ulu Öndər tərəfindən qoyulan daxili və xarici siyasət oldu. Hazırda Azərbaycanın Prezident İlham Əliyevin simasında dünya miqyasında söz sahibi nüfuzu qazanması müdrik siyasətin məntiqi nəticəsi kimi bu gün də özünü doğruldur.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

