Şəmkirdə Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü qeyd olunub
03.07.2026 [10:56]
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon Polis Şöbəsinin rəisi Nəvai Qasımov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları və polis veteranları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Daxili İşlər Nazirliyinin rəhbərliyini və bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb.
Dövlətçiliyin əsas sütunlarından olan daxili işlər orqanlarının möhkəm nizam-intizama, yüksək peşəkarlığa malik qurum kimi formalaşmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan icra başçısı qeyd edib ki, Azərbaycan Polisi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin icrasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, ictimai asayişin və təhlükəsizliyin etibarlı təmin olunmasında, qanunun aliliyinin qorunması istiqamətində üzərinə düşən vəzifələri daim yüksək peşəkarlıq və fədakarlıqla yerinə yetirib.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, Azərbaycan polisi ötən 108 il ərzində ölkədə qanunun aliliyinin, ictimai asayişin və vətəndaş təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isə Daxili İşlər orqanlarının fəaliyyəti yeni inkişaf mərhələsinə qədəm qoyub. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmana əsasən iyulun 2-si Azərbaycan Polisi Günü elan edilib. Azərbaycan polisinin tarixində Ulu Öndər Heydər Əliyevin xüsusi xidmətləri danılmazdır. Məhz onun rəhbərliyi dövründə Daxili İşlər orqanlarında ciddi islahatlar aparılıb, peşəkar kadr potensialı formalaşdırılıb, xidmət intizamı gücləndirilib və milli ruhda yetişən polis əməkdaşlarının sayı artıb. Bu inkişaf sonrakı illərdə də davam etdirilərək ölkənin hüquq-mühafizə sisteminin daha da möhkəmlənməsinə zəmin yaradıb.
Tədbirdə çıxış edən Şəmkir Rayon Polis Şöbəsinin rəisi Nəvai Qasımov göstərilən yüksək diqqətə və təbriklərə görə minnətdarlığını bildirib. O qeyd edib ki, polis əməkdaşları bundan sonra da dövlətə və xalqa sədaqətlə xidmət edəcək, asayişin təmin olunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi istiqamətində üzərlərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcəklər.
Şəmkir rayon prokuroru Azər Hətəmov, Şəmkir Rayon Məhkəməsinin sədri Zaur Allahyarov və digər natiqlər çıxışlarında Azərbaycan Polisinin keçdiyi şərəfli inkişaf yolundan bəhs edərək, daxili işlər orqanlarının ölkədə ictimai təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını bildiriblər.
Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunub, polis veteranlarına hədiyyələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxAnalitik
05 Avqust 11:20
COP29
05 Avqust 10:57
Analitik
05 Avqust 10:40
Analitik
05 Avqust 10:20
YAP xəbərləri
05 Avqust 10:06
Analitik
05 Avqust 10:05
Analitik
05 Avqust 09:55
Analitik
05 Avqust 09:40
Sosial
05 Avqust 09:20
YAP xəbərləri
05 Avqust 09:07
İqtisadiyyat
05 Avqust 09:05
Dünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38

