Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şahin Mustafayev: Ortaq türk əlifbası inteqrasiya yolunda tarixi nailiyyətdir

Şahin Mustafayev: Ortaq türk əlifbası inteqrasiya yolunda tarixi nailiyyətdir

29.06.2026 [17:59]

Ortaq türk əlifbasının qəbul edilməsi türk dövlətləri arasında elmi, təhsil və mədəni inteqrasiyanın dərinləşməsi istiqamətində son illərin ən mühüm nailiyyətlərindən biridir.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev panel sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultayın əsas qərarlarından biri türk xalqlarının latın qrafikalı əlifbaya keçidi ilə bağlı olub. Sonrakı siyasi proseslər bu ideyanın həyata keçirilməsinə mane olsa da, türk dövlətləri müstəqillik əldə etdikdən sonra bu məsələyə yenidən qayıdıb.

“2022-ci ildə Türk Akademiyasının nəzdində Ortaq Türk Əlifbası Komissiyası yaradıldı. 2022–2024-cü illərdə komissiyanın bir neçə iclası keçirildi və 2024-cü ilin sentyabrında Bakıda 34 hərfdən ibarət “Ortaq türk əlifbası” layihəsi təqdim olundu. Bu, Türk dünyasının inteqrasiyası yolunda atılmış mühüm elmi addımdır”, – deyə Ş.Mustafayev bildirib.

Akademiyanın prezidenti əlavə edib ki, qurum, eyni zamanda, “Türk dünyasının müqəddəs coğrafiyası”, “Türk runik yazılarının ilk kataloqu”, “Ortaq terminologiya bazası” və digər fundamental layihələri də həyata keçirir. Bu təşəbbüslər türk xalqlarının ortaq elmi və mədəni irsinin sistemli şəkildə öyrənilməsinə xidmət edir.

Paylaş:
Baxılıb: 509 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30