Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Aİ 2027-ci ildən sonra Ukraynaya yeni kredit paketinin müzakirəsini planlaşdırır

Aİ 2027-ci ildən sonra Ukraynaya yeni kredit paketinin müzakirəsini planlaşdırır

29.06.2026 [10:20]

Avropa İttifaqı 2027-ci ildən sonra Ukraynaya əlavə maliyyə dəstəyi göstərilməsi imkanlarını müzakirə edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Parlamentində Aİ–Ukrayna Parlament Əməkdaşlıq Komitəsinin rəhbəri Pekka Toveri açıqlama verib.

Onun sözlərinə görə, hazırda müzakirə olunan ssenariyə əsasən, münaqişə 2027-ci ildən sonra da davam edərsə, Ukraynaya 30–45 milyard avro həcmində yeni kredit ayrılması nəzərdən keçirilir.

Toveri bildirib ki, məqsəd Ukraynaya dəstəkdə fasilələrin yaranmamasını təmin etməkdir və bununla bağlı uzunmüddətli planlaşdırma artıq aparılır.

O qeyd edib ki, 2026–2027-ci illər ərzində Aİ tərəfindən Ukraynaya ümumilikdə təxminən 90 milyard avro maliyyə dəstəyi ayrılması planlaşdırılır, əlavə olaraq Avropa və digər donorlar tərəfindən 30–45 milyard avro həcmində vəsaitin cəlb olunması nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 413 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30