Müstəqil Ordumuzun Memarı: Heydər Əliyev və Milli Hərbi Kadr Siyasəti
22.06.2026 [23:05]
26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ölkəmizin gələcəyini, müstəqilliyini və suverenliyini təmin edən qüdrətli ordumuzun şərəf günüdür. Bu gün Azərbaycan Ordusu regionun ən güclü, dünyada isə sayılan hərbi qüvvələrindən biridir. Lakin bu möhtəşəm uğurun və Zəfər yürüşünün təməlləri onilliklər əvvəl, xüsusən də 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra atılmışdır.
1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra öz ordusundan məhrum olan Azərbaycan xalqı Böyük Vətən müharibəsi illərində qəhrəmanlıqla vuruşaraq, minlərlə qurban verərək, Həzi Aslanov kimi böyük hərbi sərkərdələr yetirsə də, sovet ordusunda azərbaycanlı yüksək rütbəli zabitlərin olmaması Heydər Əliyevin qəlbini bir vətəndaş kimi ağrıdırdı. Ulu Öndər Moskvanın etdiyi etirazlara baxmayaraq, Cəmşid Naxçıvanski adına hərbi liseyi yaratmış Azərbaycanın gələcək hərbi kadrları üçün güclü mənbəyə çevirə bilmiş və 44 günlük Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etməsində Heydər Əliyevin necə uzaqgörən rəhbər olduğunu sübut etmişdir.
1993-cü ildə Ulu Öndər xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdanda ölkə idarəolunmaz vəziyyətdə idi, orduda vahid komandanlıq yox idi və torpaqlarımız işğal olunurdu.Heydər Əliyev qısa müddətdə dağınıq qüvvələri birləşdirərək nizami ordu quruculuğuna başladı. Onun hələ 1970-ci illərdə yetişdirdiyi hərbi kadrlar bu prosesdə ön cəbhəyə keçdilər. Məhz həmin peşəkar zabitlər ordunun idarə olunmasını, hərbi intizamı və döyüş qabiliyyətini bərpa etdilər.Heydər Əliyevin hərbi təhsil və kadr sahəsində qoyduğu miras bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ən müasir standartlara uyğun olaraq inkişaf etdirilir.
2020-ci ildə 44 günlük Vətən Müharibəsində qazanılan tarixi Şanlı Zəfər və 2023-cü ilin antiterror tədbirləri Azərbaycan Silahlı Qüvvələrinin gücünü bütün dünyaya sübut etdi. Bu qələbələri qazanan generalların, polkovniklərin və komandirlərin böyük əksəriyyəti məhz Ulu Öndərin vaxtilə əsasını qoyduğu hərbi məktəbin yetirmələri və onların davamçıları idi.
26 İyun Silahlı Qüvvələr Gününü qeyd edərkən, biz ordumuzun qüdrəti ilə fəxr etməklə yanaşı, bu qüdrətin memarı olan Ulu Öndər Heydər Əliyevin uzaqgörən milli hərbi kadr siyasətini dərin ehtiramla yad edirik.
Nicat Ələkbərov
YAP Şahbuz rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23

