15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar “Milli Qurtuluşdan Zəfərə” mövzusunda tədbir keçirildi
12.06.2026 [15:25]
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının və Qubadlı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq ili" çərçivəsində, 12 iyun 2026-cı il tarixdə, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən Qubadlı rayon İcra Hakimiyyərində "Şəhərsalma və Memarlıq ili" çərçivəsində 15 iyun Milli Qurtuluş Günü ilə bağlı “Milli Qurtuluşdan Zəfərə” mövzusunda tədbir keçirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov , Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev, Xoşqədəm Alıyeva, RİH-in məsul işçiləri, YAP Qubadlı rayon təşkilatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, məktəb direktorları, RİHB-in inzibati-ərazi dairəsi üzrə nümayəndələri YAP Qubadlı rayon təşkilatının ərazi partiya təşkilat sədrləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi.
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin ən şərəfli və əlamətdar səhifələrindən biridir. 1993-cü ildə yaranmış ağır ictimai-siyasi böhran Azərbaycan dövlətinin mövcudluğunu sual altına qoymuşdu. Məhz belə bir mürəkkəb və taleyüklü məqamda xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı. Azərbaycan xalqı öz xilaskarına üz tutaraq ölkənin gələcəyini onun müdrik siyasi təcrübəsinə etibar etdi. Əgər Heydər Əliyevin siyasi qətiyyəti, dövlətçilik təfəkkürü və xalqına sonsuz sədaqəti olmasaydı, müstəqil Azərbaycan dövlətinin gələcək taleyi ciddi təhlükə altında qala bilərdi. Buna görə də Milli Qurtuluş Günü yalnız tarixi hadisə deyil, həm də Azərbaycan dövlətçiliyinin xilası və xalqımızın gələcəyə inamının təntənəsidir.
Allahverdi Haxverdiyev bildirdi ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hərtərəfli inkişaf edir, beynəlxalq nüfuzu artır, iqtisadi qüdrəti güclənir və milli maraqlarımız qətiyyətlə müdafiə olunur. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq torpaqlarımızı işğaldan azad etdi. Bu şanlı qələbə Ulu Öndər Heydər Əliyevin ideyalarının təntənəsi, Azərbaycan xalqının milli birliyinin və dövlətimizin gücünün bariz nümunəsi oldu. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam təmin edildi. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü və suveren hüquqlarını tam bərpa etdi. Bu tarixi nailiyyətlər Prezident İlham Əliyevin qətiyyətli siyasətinin və xalq-iqtidar birliyinin nəticəsidir.
Tədbirdə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov bildirib ki, Xalqımızın dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunmuş 15 İyun - Milli Qurtuluş Günü hər il ölkəmizdə təntənə ilə qeyd edilir. Milli Qurtuluş Günü, əslində Azərbaycan xalqının xilası, bir dövlət kimi yenidən dirçəliş tapdığı bir təqvimdir. Bu tarixi yazan isə Azərbaycanın dövlətçilik ənənələrinin qorunub saxlanmasında, inkişafında müstəsna rol oynayan Ümummilli Lider Heydər Əliyevdir.
Artıq 5 ildir ki, xalqımız bu günü qalib xalq kimi, qələbə ovqatı ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qurucusu Ümummilli Lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq ərazi bütövlüyümüz təmin olundu. 44günlük Vətən müharibəsində və 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılmış qələbə Ulu Öndərin ən böyük arzusunun, Azərbaycanın bütövlüyünün təsdiqi idi.
Bu gün Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yer tutur, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur. Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş qüdrətli ölkədir. Ordumuz dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilməkdədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda, Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. Tam əminliklə demək olar ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq. Çünki ölkəmizin İlham Əliyev kimi güclü siyasi iradəyə malik, dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən Prezidenti var. Ölkə başçısının bilavasitə nəzarəti ilə işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdirilməsi Qarabağı və Şərqi Zəngəzuru dünyanın ən gözəl guşələrindən birinə çevirməkdədir.
Tədbirdə digər çıxış edənlər YAP Qubadlı rayon təşkilatının ərazi partiya təşkilatının sədri, Alimə Bayramova, YAP-ın gənc fəal üzvü, müəllimə Nərgiz Xəlilli, Hərbi Rəhbər,qazi Qulu Əsədov çıxışlarında qeyd etdilər ki, Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 İyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan bir gündür: “Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa-dayaq olan Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də siyasi rəhbərliyə qayıdan Ulu Öndərin gərgin əməyi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində qısa zaman kəsiyində dövlət müstəqilliyimiz dönməz xarakter aldı, hüquqi dövlət quruculuğunun möhkəm təməli qoyuldu, siyasi sabitlik, bunun ardınca isə makroiqtisadi sabitlik bərqərar olundu”.
Yekunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim edildi.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

