Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər
12.06.2026 [18:35]
Alimlər Kainatın təxminən 3,5 milyard yaşı olduğu dövrdə mövcud olmuş bir qalaktikadakı “yatmış” superkütləli qara dəliyin kütləsini ilk dəfə birbaşa ölçüblər. Məlum olub ki, bu obyektin kütləsi altı milyard Günəş kütləsinə bərabərdir və bu göstərici belə ölçülü qalaktika üçün gözləniləndən xeyli böyükdür. Bu kəşf qara dəliklərin və onların aid olduğu qalaktikaların Kainatın ilkin inkişaf mərhələlərində nə qədər sürətlə böyüdüyünü anlamağa kömək edəcək.
Superkütləli qara dəliklər əksər iri qalaktikaların mərkəzində yerləşir. Hesab edilir ki, onların kütləsi ətrafındakı ulduz sistemlərinin xüsusiyyətləri, məsələn, qalaktikanın mərkəzi balcının kütləsi və ya ulduzların hərəkət sürəti ilə əlaqəlidir. Ancaq bu əlaqələrin Kainatın erkən dövrlərində də mövcud olub-olmadığını indiyədək yoxlamaq mümkün olmayıb.
Uzaq qara dəliklərin kütləsi əksər hallarda qalaktikaların aktiv nüvələri – maddənin intensiv şəkildə qara dəliyə axaraq son dərəcə yüksək temperatura qədər qızdığı parlaq kvazarlar əsasında qiymətləndirilir. Lakin bu üsul böyük qeyri-müəyyənliklərlə müşayiət olunur və sakit, yəni aktiv olmayan obyektlərin öyrənilməsi üçün uyğun hesab edilmir.
ABŞ-ın Cənubi Kaliforniya Universitetindən Endryu B.Nyumanın rəhbərlik etdiyi beynəlxalq astronomlar qrupu MRG-M0138 qalaktikasını onun təxminən 3,5 milyard il əvvəlki vəziyyətində müşahidə edib. Həmin qalaktikadan gələn işıq Yerə çatana qədər qarşısına çıxan nəhəng qalaktikalar toplusundan keçir və bu toplu nəhəng kosmik linza kimi fəaliyyət göstərərək təsviri təxminən 30 dəfə böyüdür. Bunun sayəsində alimlər hətta ən güclü teleskoplarla belə adətən görünməyən detalları müşahidə edə biliblər.
Müşahidələr “Ceyms Uebb” kosmik rəsədxanasının “NIRSpec” spektroqrafı vasitəsilə aparılıb. Bu cihaz qalaktikanın müxtəlif hissələrində ulduzların hərəkət sürətini ölçməyə imkan verib. Kütlənin paylanması da məhz həmin hərəkətlər əsasında müəyyən edilir, belə ki, ulduzlar mərkəz ətrafında nə qədər sürətlə dövr edirsə, oradakı cazibə qüvvəsi də bir o qədər güclü olur. Daha sonra tədqiqatçılar ulduzların, qaranlıq maddənin və ehtimal olunan qara dəliyin təsirini nəzərə almaqla qalaktikanın ətraflı dinamik modellərini hazırlayıblar.
Qalaktikanın mərkəzi hissəsinin təhlili ulduzların sürətində kəskin artım olduğunu göstərib və bunu yalnız ulduz populyasiyası və ya qaranlıq maddə ilə izah etmək mümkün olmayıb. Qara dəliyin nəzərə alınmadığı modellər müşahidə nəticələri ilə sistemli şəkildə uyğun gəlməyib. Ən uyğun nəticə yalnız altı milyard Günəş kütləsinə malik obyektin mövcudluğu nəzərə alındıqda əldə olunub.
Müasir qalaktikalarla müqayisə göstərib ki, qara dəliyin kütləsi gözləniləndən təxminən 12 dəfə çoxdur. Obyektin kütləsi ilə ulduzların hərəkət sürəti arasındakı əlaqə isə qorunub saxlanılıb və müasir Kainatdakı qalaktikalarda müşahidə olunan göstəricilərlə demək olar ki, üst-üstə düşüb. Bu da qara dəliklərin onları əhatə edən qalaktikalardan daha sürətlə kütlə toplaya bildiyini göstərir. Qalaktikaların özü isə qara dəliyin əsas böyümə mərhələsi başa çatdıqdan sonra yeni ulduzlar formalaşdıraraq inkişafını davam etdirib.
AZƏRTAC xəbər verir ki, “Science” jurnalında dərc olunan elmi məqalənin müəllifləri MRG-M0138 qalaktikasının keçmişdə parlaq kvazar mərhələsindən keçdiyini ehtimal edirlər. Belə olduğu halda aktiv qara dəlik maddəni intensiv şəkildə udaraq çox böyük həcmdə enerji ayırmış olardı. Həmin enerji qalaktikadan qazı kənarlaşdırmağa və yeni ulduzların yaranmasını dayandırmağa qadirdir. Bu ssenari superkütləli qara dəliklərin qalaktikaların təkamülündə mühüm rol oynadığını və faktiki olaraq ulduzəmələgəlmə prosesini dayandıra bildiyini göstərən müasir nəzəriyyələrlə uyğunluq təşkil edir.
Bu tədqiqat Kainatın erkən dövründə mövcud olmuş qara dəliklərin öyrənilməsi üçün yeni imkan yaradır. Əgər indiyədək birbaşa ölçmələr yalnız nisbətən yaxın qalaktikalarda mümkün idisə, “Ceyms Uebb” teleskopunun imkanlarının qravitasiya linzalanması ilə birləşdirilməsi sayəsində artıq Kainatın uzaq keçmişini də araşdırmaq mümkün olur.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28

