“Yaşıl enerji” gündəliyi Azərbaycanda müzakirə olunur
09.06.2026 [11:25]
Dünyanın nüfuzlu təşkilatları ilə “yaşıl enerji” əməkdaşlığına dair anlaşmalar əldə olunub
Prezident İlham Əliyev “Baku Energy Forum”unda çıxışı zamanı ölkəmizin bərpaolunan enerji potensialına və “yaşıl enerji”nin nəqli imkanlarına diqqət çəkərək bu istiqamətdə çox müsbət göstəricilərin əldə edildiyinə toxunub. Bəyan edildiyi kimi bir sıra layihələr istismar mərhələsindədir. Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Fəal şəkildə inkişaf etdirilən hidroenerji potensialının istehsalı da ümidvericidir. Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox hidroenerji gücü istifadəyə verilib. Digər resursları da nəzərə aldıqda, ölkəmizin enerji potensialı daha da böyüyür.
Enerji forumunda çıxış edən dünyanın aparıcı təşkilatlarının və şirkətlərinin nümayəndələrinin çıxışlarından da aydın görünür ki, “yaşıl enerji” istehsalı müasir urbanizasiyanın vacib elementi kimi çıxış edir, şəhər arxitekturasının dayanıqlı mənbələrindən birinə çevrilməkdədir. Bu baxımdan Azərbaycan hökuməti ilə dünyanın nüfuzlu institutları arasında Bakıda aparılan müzakirələr “yaşıl enerji” tədarükünün aktuallığını ön plana çıxarır, regional enerji zonasının genişlənməsinə dəstək verir. Bu, həm də, ölkəmizin iqlim dəyişikliyi və ətraf mühitin qorunması, eləcə də “yaşıl iqtisadiyyat”ın güclənməsi ilə bağlı qlobal həmrəyliyin artmasında fəal təşəbbüskarlığını nümayiş etdirir, yeni “yaşıl sərmayələrin” təşviqinə impuls verir.
“Yaşıl enerji” potensialı ümidvericidir
Azərbaycanın “yaşıl enerji” potensialları olduqca ümidvericidir. Hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalında iri su elektrik stansiyaları da daxil olmaqla, bərpaolunan enerji mənbələrinin payı 17-18 faiz təşkil edir. Bu da 1278 MVt elektrik enerjisi deməkdir. Qiymətləndirmələrə görə, ölkəmizin bərpaolunan enerji mənbələri üzrə texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
“Yaşıl enerji” zonaları elan olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpaolunan enerji mənbələri ümumi enerji gücünün təxminən 30-40 faizinə bərabərdir. Təkcə bu bölgədə hidrogen resursları böyük mənbə formalaşdırmağa imkan verir. Son 4 ildə bu bölgədə 40-dan çox su elektrik stansiyası istifadəyə verilib, digər su elektrik stansiyasının açılışı planlaşdırılır.
Bununla yanaşı, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında texniki potensialı 7200 MVt-dan çox olan günəş enerjisinin istehsalı üçün zəruri infrastrukturların yaradılması istiqamətində yerli və xarici şirkətlərlə iş aparılır.
Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının inşasına start verilib, 240 MVt-lıq “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) inşası davam etdirilir. Bütün bu ehtiyatlar təsdiqləyir ki, ölkəmizin “yaşıl enerji” dəhlizində əsas tədarükçülərdən biri olmaq üçün böyük imkanları mövcuddur. Yeri gəlmişkən, enerji forumunda imzalanmış sazişlərin bir istiqaməti bərpaolunan resursların istehsalını nəzərdə tutur ki, onların bir neçəsi azad ərazilərdə yeni infrastrukturların qurulması ilə bağlıdır. Bu prosesdə Avropa, Çin, Körfəz ölkələri əməkdaşlıq çərçivəsində enerji istehsalı və ötürmə mərkəzlərinin yaradılması nəzərdə tutulur.
Azərbaycan çoxistiqamətli “yaşıl nəqliyyat dəhlizləri” formalaşdırır
Dövlət başçısı tərəfdaş ölkələrlə bərpaolunan enerji layihələrində əməkdaşlığa və enerji kabeli layihələrinin mövcud vəziyyətinə də toxunub. Son illərdə “Masdar”, “ACWA Power”, “BP”, “Fortescue Future Industries”, “China Gezhouba Group”,”Total Energies”, “Nobel Energy”, “Czech Engineering”, “Baltech” və digər şirkətlərlə imzalanmış müqavilələrə əsasən, “yaşlı enerji” ilə bağlı əməkdaşlığa başlanılıb. Əldə edilən “yaşıl enerji”nin böyük bir hissəsi daxili ehtiyacların ödənilməsinə yönəldildikdən sonra, qalan hissəsi xaricə ixrac olunacaq.
Ən perspektiv layihə olan “Qara dəniz Enerji Kabeli”nin texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu xatırladıldı. Bu layihə Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Qeyd edək ki, 2022-ci ildə Rumıniyada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Sazişin icrasını təmin etmək məqsədilə 2024-cü ilin may ayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan arasında yeni enerji ənəkdaşlığı üzrə birgə müəssisənin yaradılmasına dair memorandum imzalanıb və “yaşıl enerji”nin ixracında tranzitlərin birləşdirilməsi və vahid kabelin yaradılması üçün hüquqi çərçivə formalaşıb.
Layihənin digər seqmenti olan Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Azərbaycan, həmçinin Mərkəzi Asiyadakı tərəfdaşlarımızla birlikdə Xəzərin şərq sahillərindən ölkəmizə qədər uzanacaq “yaşıl enerji” kabeli layihəsi üzərində də işləyir. Belə ki, 2024-cü il noyabrın 13-də Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri İlham Əliyev, Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevin üçtərəfli görüşü zamanı “Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sənəd Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini nəzərdə tutur.
Digər ölkələrin tranzit zəncirinə qoşulmaq istəyi “yaşıl dəhliz”in daha böyük coğrafiyanı əhatə edəcəyindən və regional enerji habına çevriləcəyindən xəbər verir. Bunu Avropa İttifaqının Enerji komissralığı da bəyan edib. Komissarlığın bəyanatında qeyd edilir ki, təmiz enerjiyə keçidin ən etibarlı qollarından biri olan “Yaşıl enerji dəhlizi” böyük bir bölgəni əhatə etməklə təmiz enerjiyə keçid strategiyasının prinsiplərinə uyğun olaraq rəqabətqabiliyyətli bazarın formalaşmasına və bərpaolunan mənbələrdən elektrik enerjisinin çoxşaxəli mübadiləsini təmin edəcək. Bu baxımdan layihənin Cənubi Qafqaz-Avropa platformasından çıxaraq digər regionları da qovuşduracağı istisna deyil.
Beləliklə, ölkəmiz geniş coğrafiyanı əhatə edən böyük əməkdaşlıq məkanına çevrilməklə, “yaşıl nəqliyyat dəhlizləri”ni də formalaşdırır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

