Azərbaycanın enerji siyasəti uğurla inkişaf edir
05.06.2026 [14:02]
Bildiyimiz kimi, Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edərək geniş nitq ilə çıxış edib. Dövlət başçısı çıxışı zamanı olduqca əhəmiyyətli məsələlərə toxunaraq Azərbaycanın enerji siyasəti, bu istiqamətdə görülən işlər, əldə olunan uğurlar, yaşıl enerji gündəliyi və qarşıdakı perspektivlər barədə ətraflı fikir bildirib. Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir və bu sahənin qlobal əhəmiyyətinə əsaslı diqqət yönəldir.
Prezident İlham Əliyev vurğulayıb ki, qonaqların çıxışları zamanı Azərbaycanda enerji siyasətinin uğurlu əsasının məhz 1994-cü ildə qoyulmasının qeyd edilməsi tamamilə həqiqətdir. Belə ki, yenicə müstəqilliyini qazanmış bir ölkə kimi Azərbaycan çox çətin iqtisadi vəziyyətdə idi. Eyni zamanda Ermənistanın işağlı nəticəsində torpaqlarımızın 20 faizə yaxını işğal edilmiş və böyük maddi ziyana məruz qalmışdır. Belə olan halda yenicə müstəqil olmuş ölkənin qarşısında duran əsas və həlli vacib məsələlərdən biri məhz uğurlu iqtisadi və enerji siyasətinin yürüdülməsi idi. Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi enerji sahəsində də mühüm islahatlara başlanıldı və bu sahənin inkişafı dövlət siyasətinin prioritetlərindən biri oldu. Ölkəmiz öz təbii sərvətlərindən səmərəli istifadə edərək ordan əldə olunan gəlirlərin dövlətin inkişafına və xalqına rifahına sərf edilməsinə müvəffəq oldu. Bu sərvətlər xalqımızın maraqlarına uyğun olaraq Azərbaycanın tərəqqisinə və çiçəklənməsinə sərf edildi.
Dövlət başçısının sözlərinə görə zaman-zaman bəzi ölkələr enerji siyasətinə və təbii sərvətlərindən istifadəyə görə əsassız ittihamlarla üz-üzə qalıb. Lakin hər bir ölkə sahib olduğu sərvətlərdən istifadə hüququna sahibdir. Sadəcə önəmli olan həmin sərvətlərin müstəqil şəkildə idarə olunması və dövlətinin, xalqının gələcəyinə sərf edilməsidir. Azərbaycan bu baxımdan müdrik siyasət yürüdür və enerji mənələrindən uğurla, məqsədyönlü şəkildə istifadə edir.
Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan bu sərvətlərdən həmçinin sosial infrastruktura, təhsilə, səhiyyəyə böyük yatırımlar edib və bu sahələrdə davamlı inkişafa nail olub. Azərbaycanın bu siyasəti digər ölkələrə nümunə olmalıdır.
Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti dinamikdir. Dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi beynəlxalq reytinq agentliklərində mövqeyimiz ildən-ilə artır. Ölkəmizdə yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Xarici borcumuz əhəmiyyətli dərəcədə azalıb və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.
Bir sözlə, Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan enerji təhlükəsizliyi, iqtisadi inkişaf və yaşıl enerji transformasiyası istiqamətlərində ardıcıl siyasət həyata keçirir və bu siyasət təkcə ölkəmiz üçün deyil, regional və qlobal məkanda da yeni imkanlar açır.
Vüsar İsmayılov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

