Azərbaycanın enerji siyasətinin yeni mərhələsi
03.06.2026 [10:07]
2026-cı il iyunun 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edərək ölkəmizin enerji strategiyasının əsas istiqamətlərini, beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurları və yaşıl enerji gündəliyini geniş şəkildə təqdim edib. Tədbir çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum” öz işinə başlayıb.
Prezident İlham Əliyev vurğulayıb ki, vaxtilə əsası qoyulan Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini təşkil edib və illər keçdikcə beynəlxalq enerji ictimaiyyətinin ən nüfuzlu platformalarından birinə çevrilib. Dövlət başçısı qeyd edib ki, məhz bu təşəbbüslər nəticəsində Azərbaycan qlobal enerji təhlükəsizliyinin etibarlı tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirib.
Çıxışında Prezident İlham Əliyev ölkənin zəngin qaz ehtiyatlarına da toxunaraq bildirib ki, Azərbaycanın mövcud təbii qaz resursları ən azı növbəti yüz il ərzində həm daxili tələbatın, həm də tərəfdaş ölkələrin ehtiyaclarının ödənilməsinə imkan verir. Bununla yanaşı, Azərbaycan yalnız ənənəvi enerji mənbələrinə arxalanmır, eyni zamanda bərpaolunan enerji sektorunun inkişafına böyük həcmdə investisiyalar cəlb edir. Dövlət başçısının sözlərinə görə, bu sahədə investorlar üçün yaradılan əlverişli şərait vaxtilə neft-qaz sektoruna tətbiq edilən uğurlu əməkdaşlıq modelinə əsaslanır.
Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətinin mühüm istiqamətlərindən biri kimi yaşıl enerji keçidini xüsusi vurğulayıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən “yaşıl enerji zonası” layihələrinin ölkənin enerji balansında mühüm rol oynayacağını qeyd edən dövlət başçısı, Azərbaycanın həm ənənəvi enerji ixracatçısı, həm də gələcəyin təmiz enerji mərkəzlərindən biri olmağa iddialı olduğunu bildirib.
Çıxış zamanı beynəlxalq əməkdaşlıq məsələlərinə də geniş yer ayrılıb. Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin artıq qlobal enerji dialoqu üçün mühüm platformaya çevrildiyini qeyd edib, müxtəlif ölkələrin liderlərinin və beynəlxalq təşkilatların tədbirə göstərdiyi diqqətin Azərbaycanın artan nüfuzunun göstəricisi olduğunu vurğulayıb.
Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan enerji təhlükəsizliyi, iqtisadi inkişaf və yaşıl enerji transformasiyası istiqamətlərində ardıcıl siyasət həyata keçirir. Prezident İlham Əliyevin çıxışı ölkəmizin enerji sektorunda əldə etdiyi nailiyyətləri nümayiş etdirməklə yanaşı, Azərbaycanın qlobal enerji bazarında etibarlı tərəfdaş və strateji oyunçu kimi mövqeyinin daha da gücləndiyini təsdiqlədi.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

