“Popkorn beyni” sindromu: Rəqəmsal dövrün görünməyən təhlükəsi
02.06.2026 [15:19]
Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız məlumatların qorunması və ya kiberhücumların qarşısının alınması ilə məhdudlaşmır. Mütəxəssislər hesab edirlər ki, bu gün cəmiyyətlərin üzləşdiyi ən ciddi çağırışlardan biri insan beyninin və diqqətinin davamlı rəqəmsal təsirlərdən qorunmasıdır.
AZƏRTAC xəbər verir ki, son illər texnologiyanın gündəlik həyatımıza təsirinin artması ilə “Popkorn beyni” adlandırılan yeni fenomen geniş müzakirə olunur. Mütəxəssislərin fikrincə, sosial media platformalarında fasiləsiz və sürətli informasiya axını insan beynini daimi stimullara alışdıraraq onun dərin düşünmə və uzunmüddətli diqqət cəmetmə qabiliyyətini zəiflədir. Nobel mükafatı laureatı Daniel Kanemanın tədqiqatlarının nəticəsinə əsaslansaq, deyə bilərik ki, həddən artıq informasiya və təkrarlar dərin düşünməyə və qərar verməyə cavabdeh olan yaddaşı (onun təbirincə, Sistem 2-ni) işini “korşaldır”.
Mütəxəssislər bildirirlər ki, müasir cəmiyyətlər üçün ən böyük risk təkcə zərərli proqram təminatı və ya sistemlərə kibermüdaxilələr deyil. Daha təhlükəli məqam rəqəmsal mühitin insan davranışlarına və qərarvermə prosesinə göstərdiyi gizli təsirlərdir. Sosial media platformaları istifadəçiləri mümkün qədər uzun müddət ekranda saxlamaq üçün xüsusi alqoritmlərdən istifadə edirlər. Bu mexanizmlərin başında isə “sonsuz sürüşdürmə” (infinite scroll) texnologiyası dayanır. Həmin sistem istifadəçiyə fasiləsiz məzmun təqdim etməklə onun vaxtın necə keçdiyini hiss etməsinə mane olur.
Mütəxəssislərin fikrincə, əvvəlcə istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədilə yaradılan bu texnologiya zamanla “diqqət iqtisadiyyatı”nın əsas alətinə çevrilib. Bu modeldə iri texnologiya şirkətləri istifadəçilərin diqqətini cəlb etməyə və onu reklam gəlirlərinə çevirməyə çalışırlar.
Araşdırmalara görə, hər yeni paylaşım və ya video beynin mükafatlandırma sistemi ilə əlaqəli olan dopamin hormonunun ifrazını stimullaşdırır. Nəticədə insan daha çox məzmun izləməyə meyillənir və “məcburi sürüşdürmə” davranışı formalaşır. Bu proses uzun müddət davam etdikdə “popkorn beyni” adlandırılan vəziyyət yaranır. Bu anlayış son dövrlərdə psixi sağlamlıq sahəsində geniş müzakirə olunan mövzulardan birinə çevrilib. Termin ilk dəfə David M. Levy tərəfindən irəli sürülüb.
Bu sindrom zamanı beyin sürətli və fasiləsiz informasiya axınına alışır. Nəticədə insan uzun müddət bir mövzu üzərində diqqətini cəmləşdirməkdə çətinlik çəkir, fikirdən-fikrə keçməyə üstünlük verir və səthi düşüncə tərzi formalaşır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, problemin təsirləri yalnız diqqət dağınıqlığı ilə məhdudlaşmır. Bu hal öyrənmə qabiliyyətinin zəifləməsinə, stress və narahatlıq səviyyəsinin yüksəlməsinə, iş məhsuldarlığının azalmasına, təhsil nəticələrinin pisləşməsinə və sosial münasibətlərə mənfi təsir göstərə bilər. Xüsusilə uşaqlar və yeniyetmələr risk qrupunda hesab olunur. Psixoloqlar bildirirlər ki, inkişaf mərhələsində olan beyinlər sürətli rəqəmsal stimul axınına daha həssasdır. Bu isə səbir, özünənəzarət və sağlam sosial ünsiyyət bacarıqlarının formalaşmasına mane ola bilər.
Diqqəti cəmləmək və fokuslanmaq çoxsaylı idrak resursları tələb edən mürəkkəb bir əməliyyatdır. İnsanların bir iş üzərində çalışarkən eyni zamanda telefona baxması və ya sosial mediadan istifadə etməsi, əslində, çoxvəzifəliliyin (multitasking) bir formasıdır. Onilliklər ərzində aparılan tədqiqatlar göstərir ki, bir çox insan özünü bu sahədə bacarıqlı hesab etsə də, insan beyni, əslində, çoxvəzifəliliyi effektiv şəkildə yerinə yetirməkdə çətinlik çəkir. Bu baxımdan diqqətin bir yerdən digərinə tez-tez keçməsi onun pozulmasına və konkret məsələyə fokuslanmasına mane olur.
Tədqiqatçıların qənaətinə görə, müasir dövrdə kibertəhlükəsizlik anlayışı yalnız kompüter sistemlərinin və şəbəkələrin qorunmasını deyil, həm də insanın psixoloji rifahının və diqqətinin müdafiəsini əhatə etməlidir. Bu baxımdan hökumətlər, təhsil müəssisələri, ailələr və texnologiya şirkətləri arasında əməkdaşlığın gücləndirilməsi vacib hesab olunur.
Ekspertlər vurğulayırlar ki, texnoloji tərəqqi insan həyatının keyfiyyətini artırmağa xidmət etməlidir. Əks halda, innovasiyalar diqqətin dağılmasına və psixoloji sağlamlığın zəifləməsinə səbəb olan amilə çevrilə bilər.
Süni intellekt və ağıllı alqoritmlərin sürətlə inkişaf etdiyi bir vaxtda rəqəmsal savadlılığın artırılması və məsuliyyətli texnologiya idarəçiliyi xüsusi əhəmiyyət kəsb edir. Gələcəkdə əsas mübarizə məlumatlar və cihazlar uğrunda deyil, insanın diqqəti, düşüncə azadlığı və şüurlu qərarvermə qabiliyyəti uğrunda aparılacaq.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

