Güclü kənd təsərrüfatı güclü dövlətin əsas dayaqlarından biridir
01.06.2026 [14:57]
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər ölkəmizdə aqrar sektorun inkişafına verilən strateji əhəmiyyəti bir daha nümayiş etdirir. Dövlət başçısı çıxışında vurğulayıb ki, kənd təsərrüfatının inkişafı təkcə iqtisadi məsələlər deyil, həm də ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, regionların inkişafı, məşğulluğun artırılması və sosial rifahın yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev qeyd edib ki, 2004-cü ildən etibarən həyata keçirilən regional inkişaf proqramları nəticəsində ölkənin bütün bölgələrində genişmiqyaslı infrastruktur layihələri icra olunub, qaz, elektrik enerjisi, yol və su təminatı sahələrində əsaslı dəyişikliklər baş verib. Bu layihələr kənd təsərrüfatının inkişafı üçün möhkəm zəmin yaratmaqla yanaşı, kənd yerlərində yaşayan insanların həyat səviyyəsinin yüksəlməsinə də mühüm töhfə verib.
Müşavirədə dövlət başçısı aqrar sahədə həyata keçirilən islahatların nəticələrinə də toxunaraq pambıqçılıq, baramaçılıq, üzümçülük, fındıqçılıq və digər istiqamətlərdə əldə olunan uğurları diqqətə çatdırıb. Bildirilib ki, dövlət dəstəyi, subsidiya mexanizmləri, güzəştli kreditlər və müasir texnologiyaların tətbiqi sayəsində bir sıra sahələrdə istehsal həcmi dəfələrlə artıb, kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm istiqamətlərindən birinə çevrilib.
Prezident İlham Əliyev çıxışında qlobal çağırışların fonunda ərzaq təhlükəsizliyinin daha da aktuallaşdığını vurğulayıb. Dünyada müşahidə olunan müharibələr, iqlim dəyişiklikləri, nəqliyyat-logistika problemləri və beynəlxalq bazarlardakı qeyri-müəyyənliklər hər bir ölkənin daxili istehsal potensialını gücləndirməsini zəruri edir. Bu baxımdan Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri kənd təsərrüfatında məhsuldarlığın artırılması və idxaldan asılılığın azaldılmasıdır.
Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, regionların inkişafı və kəndlərin cəlbediciliyinin artırılması gələcək dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalacaq. Məqsəd kəndlərdən şəhərlərə deyil, şəhərlərdən kəndlərə qayıdış meylinin formalaşdırılması, insanların doğma torpaqlarda yaşayıb işləməsi üçün daha əlverişli şəraitin yaradılmasıdır. Bu yanaşma həm sosial sabitliyin möhkəmləndirilməsinə, həm də dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə xidmət edir.
Müşavirədə yeni texnologiyaların tətbiqi, torpaqların elektron xəritələşdirilməsi, süni intellekt və peyk imkanlarından istifadə, müasir suvarma sistemlərinin genişləndirilməsi, aqroparkların inkişafı və investisiyaların artırılması kimi məsələlər də xüsusi diqqət mərkəzində olub. Prezident İlham Əliyev bildirib ki, 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı kənd təsərrüfatının inkişafına yeni impuls verəcək və Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət edəcək.
Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi müddəalar göstərir ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Qarşıya qoyulan məqsədlər və müəyyən edilən vəzifələr ölkəmizin aqrar potensialının daha səmərəli istifadəsinə, ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və regionların davamlı inkişafına mühüm töhfə verəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

