Neft qiymətləri 6 həftəlik ən aşağı səviyyədən yenidən yüksəlib
01.06.2026 [19:20]
ABŞ və İran arasında müharibəyə son qoyacaq sülh sazişinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda dünya birjalarında neft qiymətləri son 6 həftəlik ən aşağı səviyyədən yenidən yüksəlib.
AZƏRTAC xəbər verir ki, “Brent” markalı xam neftin bir barelinin qiyməti ötən həftənin sonunda aprel ayının ortalarından bəri ən aşağı səviyyəyə endikdən sonra yeni həftəyə artımla başlaşıb. Hazırda Londonun ICE birjasında “Brent”in bir barelinin qiyməti 93 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 90 dollar civarındadır.
Analitiklərə görə, Yaxın Şərqdəki təchizat təhlükəsizliyi riskləri neft qiymətlərini dəstəkləməyə davam edir. Eyni zamanda, İran və ABŞ-nin qarşılıqlı sərt açıqlamaları neft qiymətlərini dəstəkləyərək razılaşma ehtimalını zəiflədir. Neft qiymətlərinin 2 faizdən çox artması isə inflyasiya ilə bağlı narahatlıqları artırıb. Belə ki, Yaxın Şərqdəki münaqişənin iqtisadi təsirləri hələ də davam edir. Bu, davamlı inflyasiya artımlarına səbəb ola və daha sərt siyasət zərurəti yarada bilər. İnflyasiya təzyiqlərinin yüksək qaldığı qeyri-müəyyən iqtisadi perspektiv nəzərə alındıqda isə orta dərəcədə məhdudlaşdırıcı pul siyasəti məqsədəuyğun hesab edilir.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, İrana qarşı dəniz blokadası çərçivəsində 118 gəminin marşrutu dəyişdirilib. İran tərəfi isə son 24 saat ərzində Hörmüz boğazından 28 neft tankeri və ticarət gəmisinin keçdiyini açıqlayıb.
Qeyd edək ki, sülh razılaşmasının əldə olunacağı və Hörmüz boğazından enerji axınının bərpa olunacağı gözləntisi ilə may ayında xam neft qiymətləri cari il ərzində ilk dəfə aylıq müqayisədə geriləmişdi. Lakin buna baxmayaraq, “Brent” nefti fevralın sonlarında münaqişə başlayandan bəri təxminən 25 faizdən çox bahalaşıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

