WUF13-də inklüziv və iqlimədavamlı mənzil təminatı diqqət mərkəzində olub
22.05.2026 [18:18]
Mayın 22-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Qlobal mənzil investisiyalarına yenidən baxış: Ləyaqətli, dayanıqlı və inklüziv şəhər gələcəyinin maliyyələşdirilməsi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən tədbirin əsas məqsədi qlobal mənzil böhranını bərabərsizlik, inkişaf və sosial sabitlik prizmasından nəzərdən keçirmək, əlçatan, inklüziv və iqlimə davamlı mənzil təminatı üçün innovativ maliyyə mexanizmlərini araşdırmaq, davamlı şəhərsalma inkişafı üçün investisiyaların səfərbər edilməsində çoxtərəfli təsisatların, inkişaf banklarının, suveren fondların və özəl sektor subyektlərinin rolunu müzakirə etmək, mənzil, iqlim davamlılığı və Dayanıqlı İnkişaf Məqsədlərinin icrası arasındakı qarşılıqlı əlaqəni önə çıxarmaqdır.
UNESCO-nun İnklüziv və Dayanıqlı Şəhərlər üzrə Beynəlxalq Koalisiyasının sədri, Avropa Şəhərlərinin İrqçiliyə Qarşı Koalisiyasının prezidenti Benedetto Zacchirolinin moderatorluğu ilə keçirilən tədbirdə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Rebeka Qrinspan, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmail Serageldin, Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sabiq icraçı direktoru, hazırda Malayziya hökumətinin dayanıqlı urbanizasiya üzrə müşaviri, Kuala Lumpurun sabiq meri Maimuna Mohd Şərif, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Böyük Britaniya Lordlar Palatasının üzvü, Birlik Təşkilatının sabiq baş katibi Patrisia Skotland və COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai çıxış ediblər.
Çıxışlarda bildirilib ki, dünya görünməmiş bir qlobal mənzil böhranı ilə üz-üzədir. Artan urbanizasiya, genişlənən bərabərsizlik, iqlim həssaslığı, məcburi köçkünlük, demoqrafik təzyiqlər və yüksələn yaşayış xərcləri həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə mənzil sistemlərinə böyük təzyiq göstərir. Bu gün milyardlarla insan adekvat, əlçatan və dayanıqlı mənzil təminatından məhrumdur, şəhərlər isə sürətlə artan əhalinin sosial, iqtisadi və ekoloji tələblərini qarşılamaqda getdikcə daha çox çətinlik çəkir.
Qeyd olunub ki, mənzil artıq yalnız bir sosial siyasət məsələsi deyil. O, qlobal inkişaf, sosial sabitlik, iqtisadi davamlılıq və davamlı sülh üçün həlledici bir çağırışa çevrilib. Əlçatan və təhlükəsiz mənzilin olmaması bərabərsizliyi alovlandırır, təsisatlara olan inamı sarsıdır, şəhərdaxili parçalanmanı dərinləşdirir, iqlim dəyişikliyi və miqrasiya ilə bağlı həssaslıqları daha da kəskinləşdirir.
Tədbir müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33

