“Böyük Qayıdış dayanıqlı məskunlaşma” mövzusunda tədbir keçirilib
22.05.2026 [11:59]
Mayın 21-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Laçın rayon təşkilatı tərəfindən Bərdə rayonu ərazisində yerləşən 588 ailəlik məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşan bir qrup rayon sakini və partiya üzvləri ilə görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən “Böyük Qayıdış” proqramının işğaldan azad edilmiş ərazilərdə yeni həyatın bərpasını və dayanıqlı məskunlaşmanın təmin olunmasını hədəflədiyini bildirib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarihi Zəfərdən sonra, Ermənistanın 30 illik işğalı dövründə dağıdılmış ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, ən müasir elmi-technoloji yeniliklərin tətbiqi ilə regionda sosial-iqtisadi həyat yenidən canlandırılır.
İlqar İlyasov vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən şəhərsalma və məskunlaşma siyasəti ekoloji dayanıqlılıq, müasir idarəetmə prinsipləri, insan amili və regionların ümumi iqtisadi sistemə inteqrasiyası əsasında formalaşdırılıb. Bildirilib ki, Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində 8 şəhərin baş planı təsdiq edilib, 100-dən artıq yaşayış məntəqəsi üzrə şəhərsalma sənədləri hazırlanıb. Bununla yanaşı, bölgədə 3 beynəlxalq hava limanı inşa olunub, magistral avtomobil və dəmir yolları çəkilib, çoxsaylı körpü, tunel və digər mühüm infrastruktur obyektləri istifadəyə verilib.
Çıxış zamanı qeyd olunub ki, azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, ekoloji tarazlığın qorunması, müasir kommunal xidmətlərin təşkili, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi və məşğulluq imkanlarının artırılması bölgələrin uzunmüddətli və dayanıqlı inkişafına xidmət edir. Vurğulanıb ki, “Böyük Qayıdış” prosesi yalnız keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını deyil, eyni zamanda regionda sosial rifahın, iqtisadi fəallığın və milli həmrəyliyin möhkəmləndirilməsini təmin edən mühüm dövlət strategiyasıdır.
Çıxış edən Vaqif Hümbətov, Nigar Quliyeva və digər natiqlər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı, təhlükəsiz, rahat və layiqli yaşayışı üçün bütün zəruri şəraitin yaradıldığını vurğulayıblar. Çıxışlarda “Böyük Qayıdış” proqramının güclü dövlət idarəçiliyinin, milli həmrəyliyin və davamlı inkişafın mühüm təzahürü olduğu qeyd edilib.
Sakinlər göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23

