Britaniyalı tədqiqatçı: Bakı ictimai məkanlar baxımından dünyaya nümunədir
20.05.2026 [11:31]
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) coğrafiya və ətraf mühit üzrə tədqiqatçısı, eyni zamanda, BMT-nin Ətraf Mühit Proqramında (UNEP) Afrikada suya həssas şəhərsalma üzrə məsləhətçi kimi fəaliyyət göstərən Deen Sharp Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) şəhər problemlərinin qlobal səviyyədə müzakirəsi üçün mühüm platforma olduğunu bildirib.
O, AZƏRTAC-a açıqlamasında WUF kimi forumların müxtəlif regionlardan insanları bir araya gətirməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bir ölkənin təcrübəsini başqa ölkəyə olduğu kimi tətbiq etmək mümkün deyil və bunun üçün uyğunlaşdırma, dialoq və araşdırma vacibdir. Tədqiqatçı şəhərsalma sahəsində alimlərlə siyasətçilər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, iqlim və qida təhlükəsizliyi sahələrindən fərqli olaraq, urbanistika üzrə elmi-siyasi platforma mövcud deyil və bu istiqamətdə yeni mexanizmlərə ehtiyac var.
Deen Sharp Bakının ictimai məkanlarını yüksək qiymətləndirərək şəhərin bu sahədə nümunə olduğunu deyib: “Bu məkanlar yaxşı qorunur, uşaqlar üçün əlverişlidir və əlçatanlıq baxımından yaxşı planlaşdırılıb. Bakı ictimai məkanların necə olmasına dair çox yaxşı nümunədir”. Deen Sharp “ağıllı şəhər” və “ağıllı kənd” layihələri ilə bağlı da fikirlərini bölüşərək bildirib ki, texnologiya yalnız insanların həyatını yaxşılaşdırdığı halda dəyərlidir. O vurğulayıb ki, “ağıllı şəhərlər” insanmərkəzli və iqtisadi baxımdan səmərəli olmalıdır: “Əksər hallarda böyükmiqyaslı texnologiyaların çox böyük xərclərlə tətbiq edildiyini görürük və əldə olunan səmərəlilik, əslində, vergi ödəyicilərinin pulları baxımından yaxşı dəyər ortaya qoymur. Buna görə düşünürəm ki, Azərbaycan “ağıllı şəhərlər”in həm xərc baxımından səmərəli, həm də insanmərkəzli şəkildə həyata keçirilə biləcəyini nümayiş etdirmək baxımından çox yaxşı rol oynaya bilər”.
Xəbər lenti
Hamısına baxGündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02

