/ / Qarabağ müharibəsi Şəhidi Yalçın Mustafayevin xatirəsinə həsr olunmuş Savate üzrə açıq turnir keçirildi
Qarabağ müharibəsi Şəhidi Yalçın Mustafayevin xatirəsinə həsr olunmuş Savate üzrə açıq turnir keçirildi
20.05.2026 [11:23]
Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq, Azərbaycan Savate Federasiyası Bakı Döyüş Savate Klubu ilə birgə igid qəhrəmanımız, şəhid Yalçın Mustafayevin əziz xatirəsinə həsr olunmuş açıq Respublika turniri keçirmişdir.
İdman turnirinin açılış mərasimində Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Azərbaycan Savat Federasiyasının prezidenti Rafiq Əliyev, Bakı Dövlət Universitetinin dekanı Ələmdar Cabbarlı, şəhidin anası, ailə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycan Savat Federasiyasının prezidenti Rafiq Əliyev çıxış edərək iştirakçıları salamlayıb və uğurlar arzulayıb. Rafiq Əliyev bildirib ki, turnirin əsas məqsədi gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi, həmçinin şəhidimiz Yalçın Mustafayevə və bütün şəhidlərimizə ehtiramın nümayiş etdirilməsidir.
Açılış mərasimində iştirak edən Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Bakı Dövlət Universitetinin dekanı Ələmdar Cabbarlı çıxışlarında şəhid Yalçın Mustafyevin qəhrəmanlıqları, döyüş yolu haqqında iştirakçılara ətraflı məlumat veriblər. Şəhidlərimizin adının dövlətimiz və xalqımız tərəfindən daim uca tutulduğunu bildiriblər və Prezident İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun şəhid ailələrinə, qazilərə xüsusi diqqətindən, qayğısından söz açıblar. Natiqlər Yalçın Mustafayev kimi qəhrəmanların gənc nəsil üçün örnək, nümunə olduğunu qeyd ediblər.
Yalçın Mustafayevin anası Rəhimə Mustafayeva isə çıxışında oğlunun və digər bütün şəhidlərimizin xatirəsinə daim diqqətlə yanaşdığı və belə bir idman turnirini təşkil etdiyi üçün Azərbaycan Savat Federasiyasına və Federasiyanın prezidenti Rafiq Əliyevə təşəkkür edib. Yarışda iştirak edən hər bir idmançıya uğurlar arzuladığını bildirən Rəhimə Mustafayeva idmançıları qəhrəman şəhidlərimizi və qazilərimizi heç zaman unutmamağa çağırıb.
Turnir idmançıların döyüşləri ilə davam etdirilib və uğurla yekunlaşıb.
Turnirdə Bakı şəhəri ilə yanaşı, regionlardan olan komandalar da iştirak etmişdir. Gədəbəy, Astara, Gəncə və digər bölgələrdən gələn idmançılar turnirdə böyük ruh yüksəkliyi ilə mübarizə aparmışlar. Ümumilikdə 16 komandanın, 200-ə yaxın idmançının qatıldığı yarış yüksək təşkilatçılıq və idman ruhu ilə yadda qalmışdır.
Qalib idmançılara xüsusi diplomlar və medallar təqdim olunub. Turnirin əsas məqsədi igid şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq, onların qəhrəmanlığını gənc nəsilə aşılamaq, yeniyetmə və gənclərin vətənpərvərlik, mənəvi dəyərlər və sağlam həyat ruhunda formalaşmasına töhfə vermək olmuşdur.
Şəhidlərimizi unutmaq olmaz, unutdurmaq isə heç vaxt mümkün deyil.
Xəbər lenti
Hamısına baxDünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11

