Qəlibləri sındıran qələm!
19.05.2026 [08:50]
Rəsul Rza poeziyası illər keçsə də köhnəlmir...
Onun şeirlərini oxuyarkən insan hiss edir ki, hər misranın arxasında sakit görünən, amma daxilində vulkan kimi alışıb yanan bir düşüncə dünyası dayanır. Bu dünyanın içində sevgi, həsrət, zamanın sərtliyi, insan vicdanının sonsuz mübarizəsi var. Ona görə Rəsul Rzanın yaradıcılığı illər keçdikcə köhnəlmir, əksinə, hər yeni dövr onu daha fərqli mənalarda yenidən kəşf edir.
Azərbaycan ədəbiyyatında modern düşüncənin, sərbəst poetik nəfəsin və yenilikçi ifadə tərzinin simvollarından biri olan Rəsul Rza öz qələmi ilə poeziyada qəlibləri sındırdı, klassik duyumla müasir təfəkkürü birləşdirdi. Oxucunu sadəcə şeir oxumağa deyil, həm də düşünməyə, suallar verməyə, həyatın görünməyən tərəflərini hiss etməyə çağırdı.
Bu gün görkəmli şair və dramaturqun anadan olmasından 116 il ötür. Xalq şairi 19 may 1910-cu ildə Göyçayda maarifpərvər ailədə doğulub. 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb.
Görkəmli şair yaradıcılığa 1927-ci ildə Tiflisdə “Qığılcım” almanaxında dərc etdirdiyi ilk şeiri - “Bu gün” şeiri ilə başlayıb. “Gənc işçi” redaksiyasında çalışdığı vaxtda isə bu qəzetin səhifələrində “Avropanın ölüm çağı”, “Arş”, “Bir avqusta”, “Qara yelin xəbəri” və s. şeirləri dərc olunur. Rəsul Rza ilk şeirləri ilə mətbuatda çıxış etdiyi zamandan bəri onun şeirlərindəki ədəbi-bədii yeniliklər, yeni üslub və ədəbiyyata gətirdiyi modernist ruh hər kəsin diqqətini çəkmişdi.
1941-ci ilin axırlarında şair hərbi müxbir kimi Krıma gedir və onun burada yazdığı ilk əsər “Bəxtiyar” şeiri idi. “Vətən”, “İntiqam! İntiqam...” adlı şeir kitabları, “Ölməz qəhrəmanlar”, “Qəzəb və məhəbbət”, hekayə və oçerk topluları, “Vəfa” pyesi də həmin dövrdə işıq üzü görüb.
Rəsul Rzanın 1960-cı illərdə yazdığı “Rənglər” silsiləsinin ayrıca yeri var. Silsilə ilk dəfə 1962-ci ildə “Azərbaycan” jurnalında (№ 11) dərc olunub. Silsilənin bu nəşri 27 şeirdən ibarət idi və bu həcmdə şairin “Duyğular...düşüncələr” kitabına (1964) daxil edilib. Daha sonra şair “Qırmızının ümid çaları”, “Firuzəyi”, “Mavinin təsəlli çaları”, “Sürməyi”, “Saman sarısı” poetik mətnlərini yazdı və bu yeni şeirlər “Dözüm” kitabına (1965) daxil edildi. Bütövlükdə silsilə 33 şeirdən ibarətdir.
Maraqlıdır ki, Rəsul Rza yalnız şair deyildi. O, tərcüməçi, publisist və mədəniyyət xadimi kimi də böyük fəaliyyət göstərmişdi. Dünya ədəbiyyatının bir çox incilərini Azərbaycan oxucusuna çatdıraraq ədəbi körpülər qurmuşdu.
Rəsul Rzanın poeziyası bu gün də köhnəlmir. Çünki onun şeirlərində insan var - qorxuları, arzuları, sevgisi və zamanla mübarizəsi ilə birlikdə. O, oxucunu sadəcə şeir oxumağa yox, düşünməyə, hiss etməyə və həyata başqa gözlə baxmağa çağırırdı. Onun adı Azərbaycan ədəbiyyatında sadəcə bir şair adı deyil, bütöv bir düşüncə məktəbi, böyük bir mədəniyyət hadisəsi və əbədi yaşayan söz fenomenidir. Bəlkə də buna görə Rəsul Rza Azərbaycan ədəbiyyatında sadəcə bir şair deyil, bütöv bir düşüncə tərzidir...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33

