Şəmkir rayonunda Təzəkənd kənd ərazi partiya təşkilatının yığıncağı keçirilib
15.05.2026 [18:06]
15 may 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının Təzəkənd ərazi partiya təşkilatında yığıncaq keçirilib.
Yığıncağı giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatı sədri Fəxrəddin Vəliyev bildirib ki, 1992-ci ilin noyabrında Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə hakim, siyasi qüvvəyə çevrilərək ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə kimi dövlətçiliyin möhkəmlənməsinə, ölkəmizin ümumi inkişafına mühüm töhfələr verib. O qeyd edib ki, ötən dövrdə həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə olduğu kimi partiya quruculuğu sahəsində də mühüm nailiyyətlər əldə olunub, ölkənin hakim partiyası olan YAP-da həm siyasi-ideoloji iş, həm də təşkilatı işlərin yüksək səviyyədə qurulması istiqamətində ardıcıl layihələr reallaşdırılıb. YAP-ın mühüm strukturu olan ərazi partiya təşkilatlarının yerli səviyyədə ictimai fəallığın artırılmasında mühüm rol oynadığını qeyd edən Fəxrəddin Vəliyev bu istiqamətlərdə görülən işlərin əhəmiyyətindən danışıb.
Ötən dövrdə təşkilat tərəfindən görülən işlər və həyata keçirilmiş tədbirlər barədə məlumat verən YAP Şəmkir rayon təşkilatının sədri ƏPT üzvlərinin ictimai-siyasi fəallığının artırılması, gənclərin maarifləndirilməsi, sosial aksiyaların keçirilməsi və dövlətçilik ideyalarının təbliği istiqamətində mühüm addımlar atıldığını bildirib.
Yığıncaqda digər çıxış edən partiya fəalları bildiriblər ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət, böyük quruculuq işləri nəticəsində əhalinin rifah halı yaxşılaşıb, işğaldan azad edilmiş ərazilərə yerli sakinlərin qayıtması bu gün uğurla davam etdirilir. Çıxış edənlər həmçinin ərazi partiya təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək gələcək dövrdə daha səmərəli nəticələrin əldə olunacağına inandıqlarını bildiriblər.
Sonra təşkilati məsələyə baxılıb “Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında” Əsasnamənin 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq sadə səs çoxluğu ilə Əflatun Əliyev Təzəkənd kənd ərazi partiya təşkilatının sədri, Elza Hüseynova isə sədr müavini seçilib.
Sonda YAP Şəmkir rayon təşkilatı sədri Fəxrəddin Vəliyev yeni seçilmiş heyəti təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, təşkilatın qarşısında duran vəzifələrin bundan sonra daha yüksək məsuliyyətlə yerinə yetiriləcəyinə əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14

