BMT rəsmisi Azərbaycanın müasir inkişaf modelini yüksək qiymətləndirib
15.05.2026 [13:42]
Azərbaycanda inkişaf məsələlərinin geniş və ciddi şəkildə müzakirə olunması diqqətçəkən məqamlardandır. Mən Bakıya cəmi dörd ay əvvəl gəlmişəm və qısa müddətdə burada inkişaf məsələlərinə verilən önəmi müşahidə etmişəm. Bakı Dövlət Universitetinin məzunları olan əməkdaşlarla çalışıram. Onların peşəkarlığı universitetdə formalaşan insan kapitalının yüksək səviyyədə olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident-əlaqələndiricisi İqor Qarafuliç Bakı Dövlət Universiteti (BDU) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində təşkil olunan “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, iki həftə əvvəl diplomatik korpus nümayəndələri ilə birlikdə Qarabağa səfər edib və bölgədə həyata keçirilən yenidənqurma işləri ilə tanış olublar: “Azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin yüksək səviyyədə planlaşdırılması və keyfiyyətlə icra olunması olduqca təqdirəlayiqdir. Qarabağ Universitetində yaradılan şərait, şəhər mühiti və göstərilən xidmətlərin keyfiyyəti bunu bir daha nümayiş etdirir”.
BMT rəsmisi “ASAN xidmət” modelini də xüsusi vurğulayaraq bildirib ki, dövlət xidmətlərinin əlçatan və operativ təşkili beynəlxalq səviyyədə nümunə kimi qiymətləndirilə bilər: “ASAN xidmət”in fəaliyyəti, xidmətlərin qısa müddətdə və rahat şəkildə təqdim olunması insanyönümlü idarəetmənin uğurlu nümunəsidir. Müasir inkişaf modeli təhsil, insan kapitalı, resurslar və strateji yanaşmanın vəhdətinə əsaslanır”.
İqor Qarafuliç, həmçinin qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq dialoq platforması kimi rolunu daha da gücləndirir: “Artıq forumda iştirak üçün 32 mindən çox insan qeydiyyatdan keçib. Bu tədbir yalnız şəhərsalma məsələlərinin deyil, həm də mənzil təminatı, əlçatanlıq və planlaşdırma kimi qlobal çağırışların müzakirəsi baxımından mühüm platformadır. Dünyada münaqişələrin artdığı bir dövrdə Azərbaycanın belə bir beynəlxalq dialoqa ev sahibliyi etməsi çox əhəmiyyətlidir”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

