Mark Rutte NATO müttəfiqlərini ÜDM-in 0,25 faizini Ukraynaya ayırmağa çağırıb
14.05.2026 [23:41]
NATO-nun Baş katibi Mark Rutte Kiyevə yardımla bağlı artan gərginliyi azaltmaq üçün Alyansın müttəfiqlərini ÜDM-in 0,25 faizini Ukraynaya ayırmağa çağırıb. Lakin on milyardlarla dollar əlavə yardım əldə edə biləcək təklif artıq bəzi əsas NATO üzvlərinin sərt müqaviməti ilə üzləşir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Alyansın Baş katibi ötən ayın sonlarında NATO səfirlərinin qapalı görüşündə də bu çağırışı edib. O, Alyansın Türkiyədə keçiriləcək iyul sammitinə hazırlıq çərçivəsində bu təkliflə çıxış edib.
NATO diplomatlarından biri bildirib: “Rutte Ukraynaya dəstəyin ardıcıl və proqnozlaşdırıla bilən olmasını təmin etmək istəyir”.
Əgər müttəfiqlər bu ideyanı təsdiqləsələr, Alyansın öz hesablamalarına əsasən, Ukraynaya illik vəsait üçqat artaraq 143 milyard dollara çatacaq. Keçən il Ukrayna müttəfiqlərindən 45 milyard dollarlıq təhlükəsizlik yardımı alıb. Həmin yardım silah tədarükündən tutmuş Ukrayna müdafiə şirkətlərinə investisiyalara və NATO-nun Kiyev üçün ABŞ silahlarını almaq səylərinə qədər geniş planları əhatə edir.
Diplomatların sözlərinə görə, Skandinaviya və Baltikyanı ölkələr, habelə Niderland və Polşa bir çox digər müttəfiqlərə nisbətən Ukraynaya hərbi yardım üçün ÜDM-lərinin daha yüksək faizini ödəyir.
Almaniyanın beyin mərkəzi olan “Kiel” Skandinaviya ölkələrinin bu məsələdə daha fəal olduğunu, Qərbi Avropanın böyük ölkələrinin kifayət qədər vəsait ayırdığını, Cənubi Avropanın isə kiçik bir donor olaraq qaldığını vurğulayıb.
Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas çərşənbə axşamı Brüsseldə blokun xarici işlər nazirlərinin görüşündən sonra bildirib: “Daha çox töhfə verən dövlətlər bu yardımı hər dəfə artırır. Rəqəmlərə baxsaq, yükün bərabər bölünmədiyi aydın olur”.
Keçən ilin sonlarında İsveçin xarici işlər naziri Maria Malmer Stenerqard bildirib: “Otuz milyondan az əhalisi olan Skandinaviya ölkələrinin təxminən 1 milyard əhalisi olan NATO ölkələrinin təmin etdiyi hərbi dəstəyin üçdəbirini təmin etməsi ədalətli deyil”.
Diplomatlar bildiriblər ki, Ruttenin təklifi Fransa və Böyük Britaniya da daxil olmaqla bəzi müttəfiqlərdə şübhə doğurub ki, bu da yardımların hazırkı formada davam etməsi ehtimalının az olduğunu göstərir. Hər hansı bir ittifaq miqyaslı hədəf bütün NATO üzvləri tərəfindən razılaşdırılmalıdır.
NATO diplomatı qeyd edib: “Ankarada müttəfiqlər Ukraynaya NATO-nun uzunmüddətli dəstək verdiyini göstərməlidir. Bu, pul, silah və siyasi öhdəlik deməkdir”.
Onun sözlərinə görə, Alyansın xarici işlər nazirləri gələn həftə İsveçin cənubundakı Helsinqborq şəhərində bu məsələni müzakirə edəcəklər. Bu toplantı Kiyevə dəstəyi qiymətləndirmək üçün fürsət yarada bilər.
NATO rəsmisi deyib: “Biz daxili müzakirələrin təfərrüatını açıqlamırıq, lakin Ukraynaya dəstək prioritet olaraq qalır. NATO sammiti ərəfəsində və ondan sonra da yardımlar davam etdiriləcək”.
Xəbər lenti
Hamısına baxDünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38

