Alimentin tutulması nə vaxtdan hesablanır? – Hakimdən açıqlama
14.05.2026 [19:20]
Nikahın pozulması zamanı aliment öhdəliyinin hansı tarixdən hesablanması məsələsi vətəndaşları maraqlandıran suallardandır. Bəs, bu məsələ qanunvericilikdə necə tənzimlənir?
AZƏRTAC xəbər verir ki, bu barədə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Gülnar Cabbarova bildirib ki, ilk dəfə alimentin tutulması müəyyən olunduğu halda aliment məhkəməyə hansı tarixdə iddia ərizəsi ilə müraciət edilibsə, həmin tarixdən hesablanır, tutulur. Məsələn, vətəndaş iddia ərizəsi ilə 2025-ci il fevralın 1-də müraciət edibsə, məhkəmə qətnaməsinin hansı tarixdən qəbul edilməsindən asılı olmayaraq, alimentin tutulması müraciət etdiyi tarixdən, yəni 2025-ci il fevralın 1-dən tutulacaq.
Hakim vurğulayıb ki, qanunvericiliyin tələbinə əsasən, alimentin tutulmasına dair qətnamələr dərhal icra olunur, mahiyyət etibarilə alimentin tutulması halı uşağın mənafeyinə xidmət etməklə, sosialyönümlü xarakter daşıdığından, həmin qətnamələrdən apellyasiya və kassasiya qaydasında şikayət verilməsi, onun icrasını dayandırmır, bu hal, yəni alimentin ödənilməsinin dayanmasına səbəb olmur. Hətta şikayət əsasında alimentin təyin olunması barədə məhkəmə qətnaməsi ləğv edilərək, iddia tələbi rədd olunarsa və ya alimentin məbləği azaldılarsa, bu hal artıq ödənilmiş aliment məbləği geri qaytarılmasına əsas vermir.
Bildirilib ki, alimenti ödəmək öhdəliyi daşıyan şəxs bu öhdəliyinin lazımi qaydada icra olunmamasına görə qanunla müəyyən edilmiş qaydada inzibati və ya cinayət məsuliyyəti daşıyır. Alimentin ödənilməsi mahiyyət etibarilə məhz birgə nikahdan olan uşaqların saxlanılmasının və maddi təminatının, uşaq hüquqlarının təmin edilməsinə yönəlib. Bu baxımından istənilən halda bu kateqoriyadan işlər üzrə mübahisələrin həlli zamanı uşaqların hüquqlarının və mənafelərinin ən üstün müdafiəsi hər birimizin əsas amalı kimi çıxış edir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

