WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb
11.05.2026 [11:56]
17-22 may tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə yeni bir komponent - Biznes və İnnovasiya Mərkəzini təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu mərkəz öz xüsusi proqramı vasitəsilə şəhərsalma prosesinin bütün mərhələlərini (dəyər zənciri) əhatə edən praktik həlləri, icra üsullarını və tərəfdaşlıq əlaqələrini ön plana çıxaracaq. O, WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu çərçivəsində qlobal mənzil böhranına cavab verən yanaşmaların inkişafına dəstək verəcək və əsas diqqəti innovasiya, investisiya və icra məsələlərinə yönəldəcək.
Biznes və İnnovasiya Mərkəzinin əsas məqsədləri mənzil təminatının real təcrübədə necə həyata keçirildiyini göstərmək və səmərəli əməkdaşlıq və əlaqələndirmə üçün platforma yaratmaqdır.
Proqram innovativ mənzil təminatı və əsas xidmətlər üzrə həll yollarının inkişafı ilə məşğul olan özəl sektor nümayəndələrini və digər maraqlı tərəfləri bir araya gətirəcək.
Şəhərsalma üzrə dəyər zənciri fəaliyyətdə
Biznes və İnnovasiya Mərkəzinin səhnəsində “Şəhərsalma dəyər zəncirinin praktik tətbiqi” mövzusunda 15 sessiya keçiriləcək.
Bu interaktiv sessiyalarda dayanıqlı şəhərsalma və layiqli mənzil təminatının tərəfdaşlar, şirkətlər və biznes assosiasiyaları tərəfindən həyata keçirilən real layihələr və təcrübələr sayəsində necə inkişaf etdirildiyi nümayiş olunacaq.
Özəl sektoru bütün müxtəlifliyi ilə əks etdirən Mərkəz irimiqyaslı şirkətlərdən tutmuş kiçik və orta biznes müəssisələri, startaplar və biznes assosiasiyalarına qədər geniş iştirakçı auditoriyasını ehtiva etməklə yanaşı, innovasiya, texnologiya və şəhərsalma problemləri ilə bağlı yeni yanaşmaları ön plana çıxaracaq.
Mərkəz həmçinin şəhərlər, investorlar və biliklərini təcrübədə tətbiq edən mütəxəssislər arasında mübadiləni təşviq edərək ideyaların icrayönümlü yanaşmalara çevrilməsinə və şəhərsalma üzrə dəyər zənciri sahəsində əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.
Startap layihələrinə və yeni subyektlərə dəstək
Həmçinin Biznes və İnnovasiya Mərkəzində yeni yaradılmış şirkətlərin və gənc sahibkarların öz innovasiyalarını nümayiş etdirmələri üçün xüsusi məkan - Startap Pavilyonu təqdim olunacaq.
Bütün dünya üzrə 10 ölkədən seçilmiş 14 startap layihəsinin iştirakı edəcəyi Pavilyonun məqsədi yeni subyektlərin səsinə səs vermək və həm mənzil təminatının, həm də şəhərsalma problemlərinin həlli üçün miqyaslanan ideyaları ön plana çıxarmaqdır.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

