Azərbaycan Respublikası və İtaliya Respublikası arasında ikitərəfli münasibətlər
08.05.2026 [13:58]
Azərbaycan ilə İtaliya arasında münasibətlər son illərdə sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu əlaqələr siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, mədəni-humanitar sahələr və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək üzərində qurulmuşdur. Hər iki ölkə qarşılıqlı hörmət, suverenlik və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan əməkdaşlıq modeli formalaşdırmışdır.
Azərbaycan-İtaliya münasibətlərinin əsasını yüksək səviyyəli siyasi dialoq təşkil edir. İki ölkə liderləri arasında keçirilən görüşlər əlaqələrin inkişafında mühüm rol oynamışdır. İtaliya prezidentlərinin və digər yüksək vəzifəli şəxslərin Azərbaycana səfərləri, eləcə də Azərbaycan rəhbərliyinin İtaliyaya rəsmi və işgüzar səfərləri iki ölkə arasında siyasi etimadı daha da möhkəmləndirmişdir.
İtaliya Azərbaycanın Avropa İttifaqı daxilində əsas tərəfdaşlarından biri kimi çıxış edir. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləmiş və beynəlxalq platformalarda ölkəmizin mövqeyinə hörmətlə yanaşmışdır.
Azərbaycan ilə İtaliya arasında iqtisadi əlaqələr xüsusilə enerji sektorunda daha güclüdür. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir və bu ticarətin əsas hissəsini neft və qaz təşkil edir.
Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələr, xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Avropaya, o cümlədən İtaliyaya nəqli iki ölkə arasında strateji iqtisadi əməkdaşlığın əsas sütunlarından biridir. Bu layihə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməklə yanaşı, Azərbaycanın da etibarlı enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirmişdir.
Eyni zamanda, İtaliya şirkətləri Azərbaycanda tikinti, infrastruktur, kənd təsərrüfatı və sənaye sahələrində fəal iştirak edirlər. Qarşılıqlı investisiyaların artırılması istiqamətində mühüm addımlar atılmışdır. İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də Azərbaycan Respublikasına səfəri də iki ölkə arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətli hadisə oldu. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək və geniş tərkibdə görüşü olmuşdur. İki ölkə lideri arasında keçirilən görüş və mətbuata verilən bəyanatlar Azərbaycan-İtaliya münasibətlərinin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər göstərdi ki, Bakı ilə Roma arasında əməkdaşlıq artıq təkcə siyasi münasibətlərlə məhdudlaşmır, iqtisadiyyat, energetika, müdafiə sənayesi, investisiya, təhsil və yenidənqurma kimi bir çox istiqamətləri əhatə edir.
Dövlətimizin başçısı çıxışında bildirdi ki, Azərbaycan və İtaliya strateji tərəfdaş ölkələrdir və bu münasibətlərin hüquqi bazasını 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair bəyannamələr təşkil edir. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın davamlı inkişafına möhkəm zəmin yaradıb. Prezident İlham Əliyev İtaliya Baş nazirinin Ermənistandakı proqramını başa vurduqdan sonra Azərbaycana səfər etməsinin xüsusi rəmzi məna daşıdığını qeyd edərək, bunu Azərbaycana göstərilən hörmət və xoş münasibətin bariz nümunəsi kimi qiymətləndirdi.
Azərbaycan-İtaliya əlaqələrinin əsas sütunlarından biri energetika sahəsində əməkdaşlıqdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edib. Xüsusilə enerji sahəsində qurulan tərəfdaşlıq Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yeri tutur. Ötən il Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr təbii qazın 9,5 milyard kubmetri məhz İtaliya bazarına göndərilib.
Bu fakt bir daha sübut edir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşdır. Prezident İlham Əliyev çıxışında qaz ixracının artırılması perspektivlərinə də toxunaraq, bunun üçün Cənub Qaz Dəhlizi çərçivəsində fəaliyyət göstərən TAP layihəsinin genişləndirilməsinin vacibliyini vurğuladı. Bu layihə təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır.
Son illər Azərbaycan ilə İtaliya arasında yeni əməkdaşlıq istiqamətlərindən biri də hərbi-texniki sahədir. Prezident İlham Əliyevin sözlərinə görə, tərəflər birgə layihələrin həyata keçirilməsi, ortaq istehsal müəssisələrinin yaradılması və İtaliya texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə birləşdirilməsi məsələlərini müzakirə ediblər. Bu isə onu göstərir ki, münasibətlər yeni mərhələyə qədəm qoyur və əməkdaşlıq daha geniş sahələri əhatə edir.
İqtisadi əməkdaşlıq sahəsində də mühüm nəticələr əldə olunub. Azərbaycan Dövlət Neft Fondu son illərdə İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə yatırıb. Bu investisiyalar hər iki ölkənin iqtisadi maraqlarına xidmət etməklə yanaşı, tərəfdaşlığın uzunmüddətli və qarşılıqlı etimada əsaslandığını göstərir. Eyni zamanda, İtaliyanın 130-a yaxın şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi ölkəmizin əlverişli biznes mühitinə olan marağın göstəricisidir.
Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində İtaliya şirkətlərinin fəal iştirakı diqqət çəkir. Hazırda İtaliya şirkətləri həmin ərazilərdə 23 layihə həyata keçirir. Bu layihələr infrastrukturun qurulması, bərpa və yenidənqurma prosesində mühüm rol oynayır. İtaliya şirkətlərinin Qarabağda aktiv fəaliyyəti dost ölkənin Azərbaycanın ərazi bütövlüyünə və bölgənin inkişafına verdiyi dəstəyin nümunəsi kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyev çıxışında humanitar və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini də xüsusi vurğuladı. Ötən il Bakıda fəaliyyətə başlayan İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında elmi və mədəni əlaqələrin inkişafında mühüm rol oynayır. Artıq 500-dən çox tələbənin burada təhsil alması gələcəkdə yüksək ixtisaslı kadrların hazırlanmasına və Azərbaycan-İtaliya dostluğunun daha da möhkəmlənməsinə xidmət edəcək. Bu universitet həm də gənclər arasında qarşılıqlı anlaşmanın və mədəni yaxınlığın inkişafına töhfə verir.
Prezident İlham Əliyevin və Baş nazir Ciorcia Meloninin görüşü bir daha göstərdi ki, tərəflər əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdırlar. Energetika, iqtisadiyyat, müdafiə sənayesi, investisiya və təhsil sahələrində həyata keçirilən layihələr gələcəkdə də iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfələr verəcək.
Bu gün Azərbaycan-İtaliya münasibətləri təkcə iki ölkənin maraqlarına deyil, həm də regionun və Avropanın təhlükəsizliyinə, iqtisadi inkişafına və enerji təminatına xidmət edən mühüm tərəfdaşlıq modelinə çevrilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu dostluq və tərəfdaşlıq gələcəkdə də inamla davam etdiriləcək.
Daşqın Mikayılov
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49

