/ / Dövlətçiliyimizin xilaskarı Ulu Öndərin anadan olmasının 103-cü ildönümünü böyük ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd edirik
Dövlətçiliyimizin xilaskarı Ulu Öndərin anadan olmasının 103-cü ildönümünü böyük ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd edirik
08.05.2026 [11:22]
10 may tarixi Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 103 ili tamam olur. Azərbaycanın XX əsr tarixinin 50 ildən çox dövrü Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin ölkəni idarə etməyə başlaması ilə Azərbaycanın tarixində böyük dönüş yaranmışdır. Tarix sübut etdi ki, bugünkü müstəqil Azərbaycanı Ümummilli Lider Heydər Əliyev birinci haklimiyyəti dövründə formalaşdırmağa başlamışdır.
Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi möhtəşəm quruculuq işlərinin tarixi əhəmiyyəti ondan ibarət idi ki, həmin dövrdə xalqımızda milli mənlik şüuru oyandı, müstəqillik duyğuları baş qaldırdı. Ötən əsrin 70-ci illərindən etibarən görülən işlər Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni yüksəliş mərhələsinə daxil olmasını şərtləndirdi. Bunun nəticəsi idi ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunanda, Azərbaycan artıq müstəqil dövlət kimi yaşamağa hazır idi.
Onu da qeyd etmək yerinə düşər ki, Ulu Öndər Heydər Əliyev istər Azərbaycanda birinci hakimiyyəti dövründə, istərsə də SSRİ ali rəhbərliyində çalışdığı illərdə ermənilərin Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına imkan verməmişdi. Təəssüf ki, ötən əsrin 80-ci illərinin sonlarında təsadüfən ölkənin hakimiyyətində təmsil olunanlar Ümummilli Liderin göstərdiyi qətiyyəti və prinsipiallığı davam etdirə bilmədilər və Azərbaycan erməni işğalı ilə üzləşdi.
15 iyun 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndərin sayəsində Azərbaycan qurtuluş və quruluş mərhələsinə qədəm qoydu. Belə ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Prezidentin səlahiyyətlərini icra etməyə başladı və oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndərin 10 illik prezidentlik dövrü dövlətçiliyin, müstəqilliyin, daxili və xarici siyasətin möhkəmlənməsi ilə özünü göstərdi. Belə ki, Ümummilli Liderin xalqımız, tariximiz qarşısında ən böyük xidməti məkrli düşmənin torpaqlarımıza yiyələnmək istədiyi, ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsi, ölkəmizi parçalanma təhlükəsindən xilas etməsi idi.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında mühüm tarixi xidmətlərindən biri də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması idi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən konfransda Yeni Azərbaycan Partiyası təsis edilməsi və Ulu Öndər Heydər Əliyevin partiyanın sədri seçilməsindən sonrakı proseslər göstərdi ki, YAP-ın yaranması tarixi zərurət idi. Yeni Azərbaycan Partiyası həmin dövrdə Azərbaycanı düçar olduğu xaos və anarxiyadan xilas etmək, ölkədə sabitlik və inkişafın yaradılmasını təmin etmək üçün xalqımızı milli maraqlar ətrafında birləşdirməyi bacardı.
Ulu Öndər Heydər Əliyevin sayəsində 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi, ilk parlament seçkiləri baş tutdu. Ümummilli Lider zəkasının məhsulu olan Əsas Qanunumuz dünyanın ən demokratik, mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Hazırda Ulu Öndərin vaxtilə işləyib hazırladığı və tutduğu düzgün siyasi kursun bəhrəsini görürük. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi və dünyəvi dövlət kimi nüfuz qazanıb. Ölkədə mövcud olan sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Eyni zamanda, Ulu Öndərin layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək, atdığı qətiyyətli addımlar Azərbaycan dövlətini qüdrətli və nüfuzlu ölkəyə çevirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi müasir müstəqil Azərbaycan XXI əsrdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni uğurlara imza atır. Bu gün Cənubi Qafqaz regionunun lider və qalib dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində formalaşan güclü dövlətçilik ənənələri müasir Azərbaycanın uğurlu inkişafının əsasını təşkil edir və gələcək nəsillərə örnək olaraq yaşayır. Ölkəmiz regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa çox mühüm töhfələr verir.
Azərbaycanı fərqləndirən ən mühüm və səciyyəvi keyfiyyətlərdən biri müstəqil siyasətin həyata keçirilməsidir. Belə ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycanın uğurlarını təmin edən strateji xətt kimi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ötən 23 ilə yaxın müddət ərzində bu xətt Azərbaycanı uğurdan uğura aparıb. 2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, 2023-cü ildə isə Qarabağda erməni separatizminə son qoyulması Ulu Öndər Heydər Əliyevin ideyalarının reallığa çevrildiyini özündə əks etdirən ən möhtəşəm hadisələrdir.
Sonda bir daha qeyd etmək yerinə düşər ki, Azərbaycan xalqı, o cümlədən onun əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının yüz minlərlə üzvü dövlətçiliyimizin xilaskarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü böyük ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd etməkdədir. İllər ötdükcə Azərbaycanın sarsılmaz və etibarlı təməllərini yaradan dahi və görkəmli şəxsiyyətə münasibətdə ehtiram, minnətdarlıq hissimiz daha da güclənir.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22

