/ / Sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir
Sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir
07.05.2026 [11:15]
44 günlük Vətən müharibəsindən ötən müddət ərzində regionda dayanıqlı sülhə nail olmaq üçün Azərbaycan bütün siyasi və diplomatik imkanlardan maksimum istifadə edir. Müharibənin qalibi kimi yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə açıq şəkildə bildirib ki, sülhün yaradacağı iqtisadi və kommunikasiya üstünlükləri ən çox məhz iqtisadi imkanları məhdud olan Ermənistan üçün sərfəlidir.
May ayının 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib. Avropa İttifaqına daxil olan, eləcə də Kanadanın dövlət və hökumət başçılarının iştirak etdiyi bu toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatında çıxış edib. Prezident cənab İlham Əliyev bu toplantısındakı çıxışında sülhün regionda iqtisadi inteqrasiya və tranzit imkanlarının genişlənməsi üçün əsas amil olduğunu bəyan edib. Dövlət başçısı Azərbaycan-Ermənistan arasında sülhün bərqərar olunduğunu, ABŞ prezidentinin iştirakı ilə Ağ Evdə imzalanan Birgə Bəyannaməni xatırladaraq, artıq iki ölkənin doqquz aydır sülh içərisində yaşadığını vurğulayıb.
Cənab Prezident bildirib ki, “Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub”.
Bildirilib ki, hələ 1990-cı illərin əvvəlindən Ermənistana Azərbaycandan tranzit məhdudiyyətləri tətbiq edilmişdi. Vaşinqton görüşlərindən sonra tranzit məhdudiyyətləri birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Əlavə olaraq Azərbaycan tərəfindən əlavə addımlar atılıb. Ölkəmiz ilk dəfə olaraq öz neft məhsullarını - benzin və dizeli Ermənistana təchiz etməyə başladı. Bununla da, iki ölkə arasında ticarət münasibətləri başladı. Bu vaxta qədər Azərbaycandan 12 min ton neft məhsulları Ermənistana ixrac edilib. Dövlət başçısının çıxışının əsas xəttini sülhün artıq reallığa çevrildiyi barədə mesaj təşkil edib. Prezident bildirib ki, Azərbaycan və Ermənistan artıq sülh şəraitində yaşayır və bu şəraitdə qarşılıqlı münasibətləri formalaşdırır. Bu yanaşma sülhün yalnız siyasi bəyanat olmadığını, konkret addımlar və praktiki nəticələrlə müşayiət olunduğunu göstərir.
Ölkə başçısı çıxışında bir sıra Avropa institutlarının mövqeyinə də toxunub. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasınin fəaliyyətində müşahidə olunan qərəzli yanaşma və ikili standartlar tənqid edilib. Qeyd olunub ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünü bərpa edib və BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmayan qətnamələrini həyata keçirib. Lakin buna baxmayaraq, bəzi qurumlar tərəfindən ölkəmizə qarşı əsassız ittihamlar və siyasi təzyiq cəhdləri davam etdirilir. Bununla yanaşı, çıxışda Avropa Komissiyasınin daha konstruktiv mövqeyi xüsusi qeyd olunub. Bu, Azərbaycanın Avropa ilə münasibətlərdə qarşılıqlı hörmət və balans prinsiplərinə əsaslanan siyasət yürütmək niyyətini göstərir.
Prezident İlham Əliyev bildirib ki, “2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir”. Bütün çətinliklərə baxmayaraq, sülh region üçün misilsiz imkanlar, iqtisadi inteqrasiya perspektivlərinin genişləndirilməsi deməkdir. Sərhədlərin açılması, ticarət əlaqələrinin bərpası, yeni nəqliyyat marşrutlarının istifadəyə verilməsi xüsusən Ermənistan üçün iqtisadi inkişafın mühüm şərtinə çevrilə bilər. Digər mühüm perspektiv - regionun təhlükəsizlik arxitekturasının yenidən qurulmasıdır. Sülhün imzalanması Cənubi Qafqazı geosiyasi rəqabət meydanından əməkdaşlıq platformasına çevirə bilər.
Ermənistan-Azərbaycan sülh prosesi hazırda tarixi bir mərhələni yaşayır. Sazişin mətni razılaşdırılıb, tərəflərin siyasi iradəsi mövcuddur və regionda sülh üçün real imkanlar yaranıb. Prosesin uğurla başa çatması üçün siyasi iradə ilə yanaşı, cəsarət, düzgün diplomatik balans və sabit regional mühit tələb olunur. Bütün bu mürəkkəbliyə baxmayaraq, Cənubi Qafqazda dayanıqlı sülhə gedən yol məhz bu gün salınır və bu yolun sonunda illərlə davam etmiş gərginliyin yerini əməkdaşlıq və sabitliyin tutacağına ümidlər kifayət qədər güclüdür.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23

