Beyləqanda yeniyetmələr və gənclər arasında mini-futbol üzrə rayon turniri keçirildi
06.05.2026 [11:40]
05.05.2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon sektorunun və Beyləqan Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yeniyetmələr və gənclər arasında mini-futbol üzrə rayon turniri keçirildi.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon sektorunun müdiri Sənan Quliyev və Beyləqan Olimpiya İdman Kompleksinin direktoru Gündüz İsgəndərov iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Beyləqan şəhərində ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsinə dərin ehtiram ifadə olundu.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov turnirinin iştirakçılarını salamlayaraq bildirdi ki, Azərbaycanda idmanın inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafı diqqətdə saxlanılıb. Bu sahədə maddi-texniki baza yaxşılaşdırılıb, yeni idman kompleksləri tikilib, idman-sağlamlıq mərkəzləri yaradılıb. Rayon təşkilatının sədri qeyd etdi ki, Ulu Öndərin müəyyən etdiyi bu uğurlu siyasət hazırda Prezident cənab İlham Əliyev tərəfindən inkişaf etdirilərək davam etdirilir. Dövlət başçısı tərəfindən idman siyasətinin müasir dövrün tələblərinə uyğun inkişaf etdirməsi sayəsində Azərbaycan qlobal miqyasda idman ölkəsi kimi tanınır. Beyləqan rayonunda keçirilən silsilə idman yarışları da məhz bu uğurlu idman siyasətinin real nəticələrindəndir. Bu yarışlar qələbə uğrunda mübarizədən əlavə dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin ideyaları ətrafında sıx birləşməyin bir rəmzidir. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin zirvələrə daşıdığı idman siyasəti Azərbaycanın parlaq gələcəyini təmin edən ən uğurlu strategiyalardan biridir.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş mini-futbol turnirinin keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, onların öz asudə vaxtlarını səmərəli keçirməsini təmin etməkdən ibarət olduğunu, bütün sahələrdə olduğu kimi Ümummilli Lider Heydər Əliyevin gənclər və idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycanda gənclərin bilikli, elmli, sağlam və vətənpərvər ruhda yetişməsi üçün xüsusi tədbirlər həyata keçirildiyini, bu gün dahi şəxsiyyətin apardığı gənclər siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın bayrağının beynəlxalq kürsülərdə dalğalandığını və idmançılarımızın saysız-hesabsız uğurlara imza atdığını qeyd etmişdir.
Turnirin sonunda qaliblər elan olunub, minifutbol üzrə müvafiq olaraq III, II və I yerlərə layiq görülmüş komandalar diplom, medallar və qiymətli hədiyyələrlə mükafatlandırıldı.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

