Maliyyə Nazirliyində YAP-a yeni qəbul olunan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib
02.05.2026 [18:39]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasına (YAP) üzv qəbul olunmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bir qrup əməkdaşına partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs olunub.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, Ulu öndər Heydər Əliyev bütün şərəfli ömrünü doğma Vətəninə həsr edərək, fəaliyyətinin hər bir mərhələsində Azərbaycan naminə yorulmadan çalışmış, millətimizin işıqlı gələcəyinin təmin olunması üçün əvəzsiz xidmətlər göstərmişdir: "Ümummilli Liderin zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda addımlayan müasir Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza ataraq şanlı Zəfər zirvəsinə yüksəlmişdir".
Tahir Budaqov vurğulayıb ki, Ümummilli Liderin əbədiyaşar ideyalarına sadiqlik nümayiş etdirən partiyamız ölkəmizin qarşısında duran strateji hədəflərin gerçəkləşməsinə dəyərli töhfələr verir: "YAP yeni dövrün reallıqları və çağırışlarından irəli gələrək suveren Azərbaycanın milli maraqlarının təmini üçün öz üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək".
Maliyyə naziri Sahil Babayev bildirib ki, Ümummilli lider Heydər Əliyevin həm keçmiş SSRİ dönəmində, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixində yüksəliş və inkişaf dövrü olub. Onun uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrində böyük uğurlar qazanılıb, ölkəmizin sonrakı illərdə də davamlı inkişafı üçün möhkəm zəmin yaradılıb. Nazir qeyd edib ki, Ulu Öndərin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə Azərbaycan bu gün regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilib, iqtisadi qüdrəti daha da artıb, sosial rifahın yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Maliyyə naziri eyni zamanda, Yeni Azərbaycan Partiyasının yarandığı gündən etibarən keçdiyi şərəfli inkişaf yolundan bəhs edib, ölkəmizin ictimai-siyasi həyatında oynadığı aparıcı rolu və cəmiyyətdə qazandığı yüksək etimadı xüsusilə vurğulayıb.
Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş Nazirlik əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.
Partiyaya yeni qəbul olunmuş əməkdaşlar çıxış edərək bu etimadı yüksək qiymətləndirdiklərini bildirib, dövlətçiliyə, milli maraqlara və Ulu Öndərin ideyalarına daim sadiq qalacaqlarını, ölkəmizin inkişafı naminə bundan sonra da məsuliyyətlə çalışacaqlarını vurğulayıblar.
Daha sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə fotosu çəkilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

