Okampo və Borrelin gizli “Karapetyan əməliyyatı”...
02.05.2026 [09:56]
Erməni lobbisi Paşinyanı devirmək üçün korrupsionerləri səfərbər edib
Cənubi Qafqazda formalaşan sülh prosesi yaxın aylarda daha da dinamikləşə bilər. Gələn ay Ermənistanda keçiriləcək parlament seçkiləri isə bu məsələdə “açar” kimi dəyərləndirilir - belə ki, sülhün irəliləməsində və müqavilənin imzalanmasında maraqlı olduğunu bildirən hazırkı Ermənistan iqtidarı həm dövlətlərarası münasibətlərin normallaşması prosesinə, həm Konstitusiya dəyişikliyinə isti yanaşır. Baş nazir Nikol Paşinyan dəfələrlə bununla bağlı öz mövqeyini açıqlayıb - o, sülhü “real Ermənistan” dövlətinin formalaşmasında ən vacib şərt kimi irəli sürüb.
On illərdir ki, coğrafiyamızda konfrantasiyanın başa çatmaması, status-kvonun qorunması, işğal siyasətinin davam etməsi, eləcə də normal münasibətlərin yaranmaması üçün bütün səylərini səfərbər edən erməni lobbisi və onun əlaltıları isə yaranan bu situasiyadan narahatdırlar. Bölgədə sülhün yaranması onların Ermənistanın əli ilə Cənubi Qafqazı qarışdırmaq planlarıyla düz gəlmir.
Lobbi son illərdə açıq fərqlə uduzur...
Son illərdə lobbi bu prosesdə açıq şəkildə uduzur. Bakının ortaya qoyduğu qətiyyət sayəsində beynəlxalq aləm sülh prosesini dəstəkləyir, sülh nəticəsində ortaya çıxacaq yeni iqtisadi - ticari mənzərədə yer almağa çalışır. Ötən ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanması, Zəngəzur dəhlizi (TRİPP) ilə bağlı razılığın əldə edilməsi, ATƏT-in Minsk Qrupunun ləğvini təmin edən sənədlərin imzalanması lobbinin işini daha da “çətinə” salıb. Lobbi və onların sifarişlərinin “icraediciləri” bölgədəki situasiyaya təsir göstərmək üçün dəridən-qabıqdan çıxırlar. Gah Azərbaycana qarşı xüsusi cinayətlərdə ittiham olunan və ədalət məhkəməsi qarşısında məsuliyətə cəlb edilmiş cinayətkarların “azadlığa çıxması” üçün səy göstərir, gah Qarabağı könüllü şəkildə tərk etmiş şəxslər üzərindən təblğat qurmağa çalışır, gah da artıq tarixə qovuşmuş “separatizm” mərəzini yenidən diriltmək cəhdləri nümayiş etdirirlər. Bütün hallarda isə “oxları daşa dəyir”. Hətta rəsmi İrəvan belə onların bu manipulyasiyasının qarşısında mövqe qoyur - Paşinyan dəfələrlə bildirib ki, artıq “Qarabağ hərəkatı” adlı bir mövhum yoxdur, Qarabağı öz xoşu ilə tərk edənlərə isə Ermənistan pasportu veriləcək. Cinayətkarlarla bağlı məsələyə gəldikdə isə, Ermənistanın mövqeyi burada da lobbinin mövqeyi ilə uzlaşmır.
Okampo yenə də xəyanətkar planın mərkəzindədir
Belə olan halda, erməni lobbisi və onların Avropadakı uzantıları yeni variantlar üzərində işləyirlər. Xüsusilə, qarşıdan gələn parlament seçkiləri üzərindən plan quranlar bölgədəki yeni konfiqurasiyaya təsir etmək, vəziyyəti dəyişmək üçün fərqli dairələrlə işbirliyinə də hazır olduqlarını bildirirlər. Fakt isə ortadadır - Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru, dələduzluq, korrupsiya və separatizmə dəstəyi ilə ad çıxarmış Luis Moreno Okamponun və oğlunun daxil olduğu növbəti ifşaedici, sensasion kadrlar yayılıb. Mediada yayılan bu kadrlardan aydın görünür ki, onlar korrupsiyada adları hallanan Avropa Parlamentinin (AP) keçmiş üzvlərini Ermənistanda iyunda keçiriləcək parlament seçkilərinə müdaxiləyə cəlb ediblər. Məqsəd isə Baş nazir Nikol Paşinyanın qələbəsinə mane olmaqdır. İfşa kadrları təsdiq edir ki, Okampo, Avropa Parlamentinin keçmiş deputatı Cozef Borrel və digərləri Rusiyanın iştirakı ilə Ermənistanda hakimiyyətin dəyişdirilməsi, o cümlədən şəxsən Nikol Paşinyanın devrilməsi ssenarisinin mərkəzindədirlər. Anti-Paşinyan şəbəkə onun məğlubiyyətinə nail olmaq üçün bütöv bir sistem də qurub. Həmin videodan bəzi məqamlara diqqət yetirək;
“Əgər belə işlərlə məşğul olan bir şirkətim olsa, bunu maya dəyərinə edə bilərik. Məsələn, hazırda mənim komandamda əvvəllər Avropa Parlamentinin üzvü olmuş çox bacarıqlı bir adam var. O, hüquqi müşavir olub...”, - Okampo deyir.
Həmsöhbət dəqiqləşdirir: “Borrel?”
Okampo isə heç bir tərəddüd etmədən cavab verir: “Bəli, elə həmin Borrel. Bu adam indi mənim üçün Avropa Parlamentində işləyir. Mən orada çıxış edə, suallar qaldıra, onları yönləndirə və komissar fon der Lyayenə təzyiq göstərə, beləliklə, Avropa siyasətini formalaşdıra bilərəm”.
Kampaniyanın maliyyə mənbələri sırasında Rusiyada yaşayan erməni oliqarxlar Samvel Karapetyan, hazırda həbsdə olan Ruben Vardanyan və digərləri var.
Videoda Okamponun oğlunun Ermənistanın siyasi vəziyyəti və baş nazirin devrilməsi planlarını açıq müzakirə etməsi isə xüsusi diqqət çəkir. Görünən odur ki, Okampo, Borrel və digərləri Rusiyanın iştirakı ilə Avropada və Avropa Parlamentində aparılan kampaniya çərçivəsində Ermənistanda hakimiyyət dəyişikliyi, o cümlədən Nikol Paşinyanın devrilməsi ssenarisinin mərkəzində olublar. Kadrlar sübut edir ki, Aİ institutları erməni lobbisinin, Ermənistanın rusiyayönümlü müxalifətinin və birbaşa Rusiyanın xidmətindədir.
Korrupsioner Okampo pul üçün nələr etməz?
Okamponun “kimliyi” hər kəsə məlumdur. Adını “hüquqşünas” qoymuş, əslində isə ciddi maliyyə fırıldaqları, ofşor qalmaqalları və siyasi qərəzliliklə məşğul olan Okampo erməni lobbisinin “legioneri”, yəni pulla tutulmuş muzdlu “əsgəridir”. Almaniyanın nüfuzlu “Spiegel” nəşrinin 2017-ci ildə dərc etdiyi qalmaqallı məqalədə Okamponun hələ prokuror işlədiyi dövrdə vergi cənnətləri sayılan Panama və Virciniya adalarında müxtəlif şirkətlər üçün idarəçiliyi həyata keçirdiyi, ancaq bunu bəyan etmədiyi barədə məqamlar yer alıb. Eyni zamanda, o, bir sıra məxfi sənədləri və məlumatları məşhurlarla, milyarderlərlə paylaşıb. 2012-ci ilin 15 avqust tarixində - BCM-in prokuroru vəzifəsindən ayrıldıqdan cəmi 2 ay 10 gün sonra Okamponun Hollandiyanın ABN Amro bankındakı hesabına 50 min dollar pul köçürülüb. Pul İsveçrədəki hesabdan daxil olmuşdu və Panamada yerləşən “Tain Bay” korporasiyası tərəfindən Avropaya göndərilmişdi. Pul transferləri getdikcə artmağa başladı. Növbəti aylarda 140 min dollar Hollandiyadakı hesaba bir neçə tranşla yenə də Panamadan daxil oldu. Jurnalist araşdırmaları təkzibolunmaz faktları üzə çıxarmaqla Okamponun qaranlıq fəaliyyətinə “işıq tutdu”. 2017-ci ildə “European Investigative Collaborations” (EIC) tərəfindən sızdırılan 40 mindən çox sənəd Okamponun gizli maliyyə fəaliyyətini ifşa edib.
Okamponun vəzifədən getdikdən sonra həyata keçirdiyi fəaliyyətlər də “peşəkar dələduzluq” kimi qiymətləndirilir. O, BCM tərəfindən hərbi cinayətlərdə şübhəli bilinən şəxslərlə əlaqəsi olan liviyalı milyarder Həsən Tatanaki ilə 3 milyon dollarlıq məsləhətçi müqaviləsi bağlayıb. İddialara görə, Okampo öz nüfuzundan və məhkəmə daxilindəki mənbələrindən istifadə edərək Tatanakini hüquqi təqibdən qorumağa söz verib. Ofşor qalmaqalları və şəxsi qazanc naminə beynəlxalq hüququ manipulyasiya etməsi onun bütün iddialarını legitimlikdən məhrum edir.
Paralel olaraq Okampo Azərbaycanda ədalət mühakiməsi qarşısında məsuliyyətə cəlb edilmiş cinayətkarlar Ruben Vardanyan və Araik Artyunyan ilə dost münasibətdədir. Adıçəkilən hər iki şəxs isə Kremlə yaxınlığı ilə seçilir. Bu mənada, Okamponun “Karapetyan əməliyyatında” nə üçün seçildiyi bəlli olur.
“Köhnə diplomat” yeni işin başında...
O ki qaldı Aİ-nin köhnə ermənipərəsti Cozef Borrelə, o artıq “çalınmış havadır”. Başqa sözlə, onun bütün “kimliyi” ortadadır. 2023-cü ildə antiterror tədbirləri zamanı separatizmə dəstək vermək üçün dəridən-qabıqdan çıxan Borrelin əli “havada” qalmışdı və o, havadarlarının, yəni erməni lobbisinin harayına çata bilməmişdi. Bu gün yenidən “meydana” atılması isə həm yeni gəlir mənbələri əldə etmək, həm də artıq ona qarşı lobbinin itmiş inamını “bərpa etmək” istəyindən qaynaqlanır. Bəlli olduğu kimi, Avropa İttifaqının ermənipərəst maraqların təzyiqi ilə yaradılmış Avropa İttifaqının Ermənistan Respublikasındakı Tərəfdaşlıq Missiyası İrəvana “doğru yol” alıb. Borrel isə Aİ-nin “köhnə” diplomatlarındadır və bu sferada tanınır. Okamponun erməni lobbisinin puluna Borreli də “şərik” etmək niyyəti də buradan qaynaqlanır. Məqsəd Borrel vasitəsilə İrəvana gedəcək insanları ələ almaq, orada tam əksinə, Rusiyanın namizədi sayılan Karapetyanın hakimiyyətə gəlməsinə kömək etmək, Paşinyanın məğlubiyyətini rəsmiləşdirməkdir. Borrel Aİ daxilində kifayət qədər korrupsiyaya bulaşmış bir şəxs kimi tanınır. O, illərdir Qərb ölkələrində fəaliyyət göstərən erməni milyarderlərin əlində oyuncağa çevrilib. Adı isə bir sıra korrupsiya qalmaqallarında siyahının başında yazılıb. Məsələn, 2022-ci ildə polis tərəfindən Avropa Parlamentinin sədr müavini, yunanıstanlı deputat Eva Kayilinin həbsi zamanı sözügedən proseslərdə Borrelin də iştirakı haqda məlumatlar var idi. Eləcə də, avroparlamentarilərin “Russiagate” işi ilə bağlı araşdırılmasında da Borrel “əsas şəxslərdən biri” kimi ön planda olub. Bu baxımdan, onun yeni korrupsiya və xəyanət planında da birincilər sırasında olması təəccüblü görünmür.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxAnalitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54

