Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib
01.05.2026 [14:50]
Aprelin 30-da Vatikanda Kançelleriya Sarayında Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Müqəddəs Taxt-Tacın və İtaliyanın rəsmi şəxslərinin, elmi, siyasi və ictimai xadimlərin, Vatikan və İtaliyanın diplomatik korpusunun nümayəndələrinin iştirak etdiyi tədbirdə Heydər Əliyev Fondu ilə Vatikan arasındakı əməkdaşlığın tarixi və 2012-ci ildən etibarən həyata keçirilən layihələr barədə məlumat verilib. Həmçinin bu layihələri əhatə edən “Mədəniyyətlər körpüsü” (“Pontes Culturae”) kitabı, eləcə də Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında ötən illər ərzində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərini, Heydər Əliyev Fondunun Vatikandakı mədəni-humanitar təşəbbüslərini, həmçinin tarixi və dini irs nümunələrinin bərpası istiqamətində görülmüş işləri əks etdirən sənədli film təqdim olunub.
“Mədəniyyətlər körpüsü” nəşri Heydər Əliyev Fondu, Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası və Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi tərəfindən hazırlanıb. Kitabın ilk nüsxəsi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2025-ci ilin oktyabrında Vatikana səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşü zamanı təqdim edilmişdi.
Təqdim olunan nəşr və sənədli filmdə Azərbaycan və Vatikan arasında əlaqələrin tarixi, iki dövlət arasında münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə Vatikana ilk rəsmi səfərinin rolu, Azərbaycan və Müqəddəs Taxt-Tac ilə əməkdaşlıq, mədəniyyətlər və dinlərarası dialoqun genişlənməsinə yönələn qarşılıqlı rəsmi səfərlər barədə məlumat verilir. Həmçinin Heydər Əliyev Fondunun 2012-ci ildən Vatikanda həyata keçirdiyi layihələrin əhəmiyyəti qeyd olunur. Nəşr və sənədli filmdə Fondun Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası ilə katakombaların bərpası, Vatikan Apostol Kitabxanası ilə əlyazmaların rəqəmsallaşdırılması, Vatikan muzeylərində, eyni zamanda Müqəddəs Pyotr Kilsəsi və Müqəddəs Pavel Bazilikasında bərpa işləri, Müqəddəs Taxt-Tacın Bambino Gesu pediatrik xəstəxanası ilə əməkdaşlıq layihələri öz əksini tapıb.
Tədbir zamanı iki ölkə arasında əməkdaşlığın dərinləşməsi istiqamətində həyata keçirilən siyasətə və görülmüş işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub.
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən indiyədək dünyanın müxtəlif regionlarında, o cümlədən Vatikanda mədəni və dini irsin qorunmasına yönələn çoxsaylı layihələr həyata keçirilib. Vurğulanıb ki, bu layihələr yalnız memarlıq abidələrinin bərpası ilə məhdudlaşmır, eyni zamanda, bəşəriyyətin ortaq yaddaşına hörmətin ifadəsi, keçmişlə gələcək arasında mənəvi dialoqun qurulması və ümumbəşəri dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Pasquale Yakobone Heydər Əliyev Fondu ilə Vatikan arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirib. Bildirilib ki, Vatikanla əməkdaşlıq 2012-ci ildə imzalanmış ilk sazişlə başlayıb və sonrakı illərdə mərhələli şəkildə genişlənərək Müqəddəs Marselino və Pyotr katakombalarının, eləcə də Müqəddəs Sebastian katakombasının bərpası və ictimaiyyət üçün açılması ilə davam etdirilib. 2016-cı, 2018-ci və 2021-ci illərdə imzalanan sazişlər bu əməkdaşlığın daha da möhkəmlənməsinə və davamlı xarakter almasına töhfə verib.
Bildirilib ki, həyata keçirilən layihələr təkcə Roma və ya katolik kilsəsi üçün deyil, bütövlükdə bəşəriyyətin ortaq irsi hesab olunur və bu baxımdan qorunması, gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət daşıyır. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və restavrasiya işləri nəticəsində yalnız abidələrin qorunması deyil, eyni zamanda elmi-tədqiqat və texnoloji sahədə də irəliləyişlər əldə olunub. Restavrasiya prosesində yeni metodların tətbiqi və əldə olunan nəticələr akademik araşdırmaların inkişafına da töhfə verib.
Apostol Kitabxanasının və Arxivlərinin rəhbəri Covanni Çezare Paqatzi çıxışında kitabxana və arxivlərin yalnız elmi-tədqiqat mərkəzləri deyil, eyni zamanda, müxtəlif mədəniyyətlər və xalqlar arasında dialoq yaradan mühüm platforma olduğunu vurğulayıb. Bildirilib ki, bu institutlarda qorunan sənədlər və əlyazmalar bəşəriyyətin ortaq yaddaşını əks etdirir və alimləri ümumi dəyərlər ətrafında birləşdirir.
Qeyd olunub ki, bu qurumlar Müqəddəs Taxt-Tacın birbaşa himayəsində olmaqla yanaşı, həm də “sülh məkanı” rolunu oynayır. Vurğulanıb ki, bu cür mədəniyyət ocaqlarına göstərilən dəstək əslində sülhə və qarşılıqlı anlaşmaya töhfə deməkdir.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxışında Fondun tarixi abidələrin bərpası sahəsində fəaliyyətini və bu layihələrin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın aparıcı rolunu qeyd edib. O vurğulayıb ki, Vatikanla əməkdaşlığın davamı olaraq, Vatikanın Müqəddəs Pavel Bazilikasında yerləşən dörd abidənin bərpası ilə bağlı yeni müqavilələr imzalanıb və yaxın gələcəkdə bərpa və restavrasiya olunmuş abidələrin yerli qurumların iştirakı ilə təqdimatı planlaşdırılır. Anar Ələkbərov, həmçinin qeyd edib ki, Heydər Əliyev Fondu yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində mədəni irsin qorunması istiqamətində layihələr həyata keçirir və bu sahədə fəaliyyətin genişləndirilməsi nəzərdə tutulur.
Daha sonra Heydər Əliyev Fondunun yəhudilik, xristianlıq və İslam dinlərinə həsr edilmiş “Səmavi dinlər” layihəsi çərçivəsində ərsəyə gətirilmiş triptix xalça kompozisiyası nümayiş olunub. Hər üç xalça özündə fərqli dinləri və mədəniyyətləri simvollaşdırır, lakin bir araya gələndə insanlığın ortaq dəyərlərini – sülhü, mərhəməti və ədaləti ifadə edir. Layihə Azərbaycan mədəniyyətinin dərinliyindən gələn universal dəyərlərin, mədəni diplomatiya strategiyasının təcəssümüdür.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

