Azərbaycan–Çexiya münasibətləri: strateji tərəfdaşlığın inkişaf istiqamətləri
29.04.2026 [12:36]
Müasir dünya düzənində dövlətlər arasında əməkdaşlığın genişlənməsi qarşılıqlı maraqların qorunması üçün vacibdir. Bu baxımdan Azərbaycan ilə Çexiya arasındakı münasibətlər siyasi, iqtisadi və humanitar sahələrdə davamlı inkişaf edən əməkdaşlıq nümunəsidir. İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ildə qurulub və qarşılıqlı hörmət, suverenlik və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanır. Hər iki ölkənin paytaxtında səfirliklərin fəaliyyəti əlaqələrin daha sistemli qurulmasına kömək edir. Rəsmi səfərlər və siyasi məsləhətləşmələr bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycan və Çexiya beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Parlamentlərarası dostluq qrupları və müxtəlif görüşlər siyasi əlaqələrin davamlı olmasına şərait yaradır. İqtisadi əməkdaşlıq əsasən energetika, sənaye və texnologiya sahələrini əhatə edir. Azərbaycanın zəngin enerji ehtiyatlarına malik olduğunu nəzərə alsaq ölkəmiz Çexiyanın enerji təhlükəsizliyində vacib tərəfdaşdır. Bu baxımdan neft və qaz ixracı iki ölkə arasında iqtisadi əlaqələrin əsas istiqamətlərindən biridir.
Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri mühüm önəm kəsb edir. Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə keçirdiyi görüşdə ikitərəfli əlaqələrin inkişafı, qarşıda duran əsas vəzifələr geniş şəkildə müzakirə edilib. Sözsüz ki, bu səfər iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addım kimi yüksək qiymətləndirilir.
Çexiya Azərbaycana əsasən sənaye avadanlıqları, texnoloji məhsullar və müxtəlif istehsal vasitələri ixrac edir. Bu ticarət əlaqələri hər iki ölkənin iqtisadiyyatına müsbət təsir edir və əməkdaşlığın daha da genişlənməsinə imkan yaradır. Azərbaycan–Çexiya münasibətlərində humanitar sahə də mühüm yer tutur. Təhsil istiqamətində tələbə mübadiləsi, elmi layihələr və müxtəlif mədəni tədbirlər xalqlarımız arasında əlaqələri daha da gücləndirir. Çexiyada Azərbaycan mədəniyyətinin tanıdılması, eyni zamanda Azərbaycanda Avropa mədəniyyətinə marağın artması bu əməkdaşlığın inkişaf etdiyini göstərir.
Enerji sahəsi Azərbaycan–Çexiya münasibətlərinin əsas istiqamətlərindən biridir. Çexiya Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından Azərbaycanın iştirak etdiyi layihələrə xüsusi önəm verir. Bu kontekstdə Cənub Qaz Dəhlizi kimi iri enerji layihələri tərəflər arasında əməkdaşlığın strateji mahiyyətini gücləndirir. Azərbaycan Avropa enerji ailəsinin sadiq üzvü kimi son illərdə qazın həcmlərini artırmaq və şaxələndirməklə, ixrac coğrafiyasını daha da genişləndirib və 16 ölkənin qaz təminatında aparıcı dövlətdir. Həmin ölkələrin 10-u Avropa İttifaqı ölkəsidir. Çexiya ilə əməkdaşlığın böyük hissəsinin energetika sektoruna aid olması, eləcə də Çexiyanın qonşu ölkələr üçün tranzit rolunu oynaması bu sahədə gələcək əməkdaşlıq üçün yeni imkanlar meydana çıxarır.
Bakı ilə Praqa arasında münasibətlər artıq yüksək etimad mərhələsinə daxil olub. Bu amil Azərbaycanın beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişlənməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Araz Xudadanov
YAP Sabunçu rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

