Azərbaycan və Ukrayna arasında münasibətlər yüksəliş dövründədir
27.04.2026 [14:54]
Ukrayna ilə Azərbaycan və bu iki ölkənin xalqları arasında əlaqələrin zəngin tarixi var. Hər iki ölkə müstəqilliklərini bərpa etdikdən sonra əlaqələr yeni müstəvidə formalaşıb. Diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsindən sonra ikitərəfli əlaqələr inkişaf etməyə başlayıb. Ölkələrimiz arasındakı xoş münasibətləri bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.
Ukrayna MDB məkanında Azərbaycanın əsas strateji müttəfiqlərindən biridir və bu ölkə ilə sosail-iqtisadi, təhsil, mədəniyyət sahələrindən tutmuş hərbi əməkdaşlığa qədər demək olar ki, bütün sahələr üzrə münasibətlər mövcuddur. Azərbaycan və Ukrayna İqtisadi İnkişaf Naminə Təşkilat olan GUAM çərçivəsində də uzun illər ərzində kifayət qədər yaxşı münasibətlər qurmuşlar. Ukrayna Qarabağ savaşında da və savaşdan öncə də daim Azərbaycanın mövqeyini dəstəkləyən mövqe sərgiləyib. Azərbaycan da bütün bu illər ərzində Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və bu gün də Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir. Çünki Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutur. Bu norma və prinsiplərdə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsi həmişə ön sırada gəlir.
Son illərdə Azərbaycan-Ukrayna əməkdaşlığında humanitar istiqamət xüsusi çəkisi ilə seçilir. Azərbaycan müharibədən zərər çəkmiş Ukrayna xalqına dəstək göstərməklə beynəlxalq həmrəyliyə sadiqliyini əməli şəkildə ortaya qoyur. Xüsusilə ukraynalı uşaqlar üçün təşkil olunan reabilitasiya proqramları dərin sosial və mənəvi məzmun daşıyır. Bununla yanaşı, Azərbaycanın Ukraynaya göstərdiyi texniki-humanitar yardım da diqqətəlayiqdir. Enerji infrastrukturuna dəyən zərərin nəticələrinin aradan qaldırılması üçün elektrik generatorlarının göndərilməsi minlərlə insanın gündəlik həyatının təmin olunmasına xidmət edir. Xüsusilə xəstəxanalar və sosial obyektlər üçün bu cür dəstək həyati əhəmiyyət kəsb edir və Azərbaycanın məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
Azərbaycan-Ukrayna münasibətləri qarşılıqlı hörmətə, etimada və strateji baxışa əsaslanan əməkdaşlıq modeli kimi formalaşıb. İki ölkə arasındakı əlaqələr təkcə siyasi-iqtisadi münasibətlər çərçivəsində deyil, eyni zamanda xalqlar arasında humanitar yaxınlaşma və qarşılıqlı dəstək müstəvisində də inkişaf edir. Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri və dövlətimizin başçısı cənab İlham Əliyevin onunla aprelin 25-də Qəbələdə keçirdiyi təkbətək və geniş tərkibdə görüşü ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm və geniş imkan yaratdı.
Siyasi əlaqələrin güclü olması iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafına da müsbət təsir göstərir. Enerji, nəqliyyat, ticarət və logistika sahələrində həyata keçirilən layihələr bu möhkəm siyasi təməlin nəticəsidir. Bu əməkdaşlıq yalnız iki ölkə üçün deyil, həm də regionda sabitliyin və inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin bəyanatında enerji sahəsinə xüsusi yer ayrılması da strateji məntiq daşıyır. SOCAR-ın Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərməsi yalnız iqtisadi iştirak deyil, eyni zamanda etibarlı tərəfdaşlıq nümunəsidir. Energetika artıq sadəcə kommersiya sahəsi deyil, regional təhlükəsizlik və geosiyasi dayanıqlıq məsələsidir. Bu baxımdan Azərbaycan enerji təhlükəsizliyi məsələsində Ukrayna üçün mühüm tərəfdaş olaraq çıxış edir. Birgə investisiya layihələri, yeni təşəbbüslər və sərmayə qoyuluşu ilə bağlı aparılan müzakirələr göstərir ki, tərəflər münasibətləri yalnız qorumaq yox, genişləndirmək niyyətindədir.
Ticarət dövriyyəsinin yarım milyard dolları keçməsi, əvvəlki illərdə isə bir milyard dollara yaxınlaşması iqtisadi potensialın real göstəricisidir. Prioritet istiqamətlər arasında energetika, nəqliyyat, aqrar-sənaye, logistika və qarşılıqlı investisiya xüsusi yer tutur. 2022-ci ildə əldə olunmuş razılaşmalar isə bu əməkdaşlığın həcmini iki dəfə artırmaq məqsədini ortaya qoymuşdu.
Səfər çərçivəsində keçirilən görüşlərdə tərəflər mövcud siyasi əlaqələrin daha da dərinləşdirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələlərini müzakirə etmişlər. Bu dialoq Azərbaycan ilə Ukrayna arasında münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik yaradır.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17

