Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Binəqədi rayon təşkilatının fəalları Ağdaş və Mingəçevirə səfər ediblər

YAP Binəqədi rayon təşkilatının fəalları Ağdaş və Mingəçevirə səfər ediblər

27.04.2026 [14:39]

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının kollektivi və fəallarından ibarət nümayəndə heyəti Ağdaş və Mingəçevirə səfər ediblər. Səfər zamanı öncə ulu öndər Heydər Əliyevin Ağdaş rayon Heydər Əliyev Mərkəzinin binası önündə ucaldılmış abidəsi ziyarət olundu, önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edildi. İştirakçılar Heydər Əliyev Mərkəzinin binasında yaradılmış, ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən, Ağdaş rayonuna səfərlərini əks etdirən fotoşəkillərdən ibarət muzeyə baxış keçiriblər.

Daha sonra Yeni Azərbaycan Partiyası Binəqədi, Ağdaş rayon təşkilatlarının və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyevin Quruculuq Fəlsəfəsi” adlı konfrans keçirilib. Konfransı giriş nitqi ilə açan YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov konfransın əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının gəncləri daim sıx təmasdadır və bu cür qarşılıqlı səfərlər region gəncləri ilə paytaxt gəncləri arasında əlaqələrin daha da inkişaf etməsinə və onların maariflənməsi, ictimai fəaliyyətlərinin aktivləşməsinə şərait yaradır.

Konfransda geniş çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov vurğulayıb ki, ölkəmiz üçün olduqca əhəmiyyətli olan “Şəhərsalma və Memarlıq İli”ndə regionlarda aparılan yenidənqurma, infrastruktur layihələri ilə gənclərin yerindəcə tanış olması və gənc siyasi əqidə yoldaşları ilə müxtəlif məsələlər ətrafında birgə fikir mübadiəsi aparmaları cəmiyyətimizin inkişafına önəmli təsir göstərir. YAP regionun aparıcı siyasi qüvvəsidir və partiyamızda təmsil olunan gənclər də daim fəal olmalı, bu inkişafın bir parçasına çevrilməlidirlər.

Konfransda Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova nitq söyləyərək ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlardan danışıb. Regionların sürətli inkişafı, bu istiqamətdə atılan mühüm addımların nəticəsi olaraq bölgələrimizin də paytaxtımızla paralel inkişaf etdiyini, intibah dövrünü yaşadığını söyləyib. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Namiq Tarverdiyev region gənclərinin inkişafı istiqamətində həyata keçirilən mədəni tədbirlərdən bəhs edib. Bu fəaliyyətdə region gənclərinin nümunəvi olduuğunu və daim müxtəlif faydalı təşəbbüslərlə çıxış etdiklərini diqqətə çatdırıb. Konfransda çıxış edən YAP Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov və digərləri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Konfransın sonunda YAP Binəqədi rayon təşkilatının adından digər təşkilatçı qurumlara xatirə hədiyyələri təqdim olunub.

Rəsmi konfransdan sonra iştirakçılar Ağdaş Tarix Diyarşünaslıq Muzeyində, YAP Ağdaş rayon təşkilatının inzibati binasında olublar. Daha sonra Mingəçevir şəhərinə yola düşən nümayəndə heyəti Azərbaycan İstilik Elektrik Stansiyasının Baş İdarəetmə Mərkəzi ilə tanış olublar. Burada mərkəzin direktoru Təhmasib Hüseynov mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib. Daha sonra Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Kür çayı sahillərinə ziyarət təşkil edilib. Səfər Mingəçevir Şəhər Üzeyir Hacıbəyli adına 11 saylı musiqi məktəbinin müəllim və istedadlı şagirdlərinin təqdim etdiyi bədii hissə ilə başa çatıb.

Paylaş:
Baxılıb: 225 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30