Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan və Ukrayna güclü regional tərəfdaş kimi

Azərbaycan və Ukrayna güclü regional tərəfdaş kimi

27.04.2026 [10:30]

İntiqam Quliyev

YAP Ağdam rayon təşkilatının sədr müavini 

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili, xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və yüksək beynəlxalq nüfuza malik olan aktora çevrilib. Azərbaycan son illər ərzində Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib. Azərbaycan və Ukrayna arasındakı əlaqələr illərin sınağından çıxmış, qarşılıqlı etimada və beynəlxalq hüququn ali prinsiplərinə söykənən strateji tərəfdaşlıq modelidir.

Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizdə işgüzar səfərdə olması xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycan və Ukrayna Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında Ukrayna Prezidentinin ölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik ifadə edildi. Aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər. Birgə bəyanatla çıxışı zamanı Dövlətimizin Başçısı cənab İlham Əliyev bildirdi ki, "Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir. Keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır. Bir sözlə, bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi." Azərbaycan və Ukrayna güclü regional tərəfdaş kimi beynəlxalq təşkilatlarda da çiyin-çiyinə dayanaraq birgə fəaliyyət göstərir. İki ölkə arasında Birgə Bəyannamənin, eləcə də strateji əməkdaşlığın inkişafına dair siyasi sənədlərin imzalanması əlaqələrin yüksək Zirvəyə çatması üçün mühüm əhəmiyyət daşıyır.

Azərbaycan müstəqil dövlətdir, xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini öz milli maraqlarına uyğun qurur və həyata keçirir. Respublikamızın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır.

Paylaş:
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30