Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ağdərədə mina partlayıb, 1 nəfər xəsarət alıb

Ağdərədə mina partlayıb, 1 nəfər xəsarət alıb

26.04.2026 [14:50]

İşğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində aprelin 26-da mina hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.

Bildirilib ki, 1967-ci il təvəllüdlü Xocalı rayonunun Yenibinə kənd sakini Vüqar Salah oğlu Əhmədov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyadaəleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30