Dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiq ölkə
22.04.2026 [12:25]
Azərbaycan inklüziv və dayanıqlı inkişafı davam etdirir
Azərbaycanın mühüm beynəlxalq platformaların fəaliyyətində rolu artmaqdadır. Ölkəmiz özünün geniş imkanlarını təqdim etməklə üzv olduğu beynəlxalq təşkilatların fəaliyyətinin səmərəliliyinin artmasına davamlı töhfələr verir ki, bu da bütün dünyada təqdirlə qarşılanaraq Azərbaycana inamı artırır. BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (BMT ASİSK) 82-ci sessiyasının ölkəmizin sədrliyi ilə keçirilməsi bunun daha bir təzahürüdür.
BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası dayanıqlı inkişafın irəliləməsi, eləcə də regional bağlantıların, ticarətin və iqtisadi əməkdaşlığın asanlaşdırılmasında olduqca mühüm rol oynayan BMT-nin ən geniş və təsirli regional platformalarından biri olaraq qalır. Prezident İlham Əliyev BMT ASİSK-ın 82-ci sessiyasının iştirakçılarına ünvanladığı müraciətində ölkəmizin müsbət reallıqlarına, beynəlxalq səviyyədə artan roluna diqqət çəkərək bildirib ki, biz xüsusən də multilateralizmin gücləndirilməsinə ehtiyac duyulduğu vaxtda bu mühüm işə töhfə verməkdən məmnunuq.
Cənubi Qafqazda dərin transformasiyalar - qalib Azərbaycanın yaratdığı reallıqlar
Hazırda dünya son dərəcə çətin bir dönəmdən keçir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev bəhs olunan müraciətində Azərbaycanın sədrliyi ilə keçirilən BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının artan qlobal qeyri-müəyyənlik dövründə baş tutduğuna xüsusi diqqət çəkib. Bu gün beynəlxalq birlik sözün əsl mənasında multikulturalizm, dözümsüzlük böhranı yaşayır. Milli-dini-irqi ayrı-seçkiçilik, ksenofobiya kimi arzuolunmaz təzahürlərin əhatə dairəsi genişlənir, şiddət artır. Sanki bəşəriyyət geridönüş edir. Diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, qeyd olunan mənfi təzahürlər xüsusilə də yüksək inkişaf səviyyəsinə çatmış Qərb cəmiyyətlərində daha kəskin formada özünü göstərir. Bu gün Avropanın əksər ölkələrində sağçıların, millətçilərin fəallığının artmasının və siyasi elitalarda mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdiklərinin şahidi oluruq. Baş verənlərin nəticəsində də son illərdə ayrı-ayrı Avropa ölkələrində xüsusilə də İslam etiqadının daşıyıcılarına, miqrantlara qarşı dözümsüzlük bir növ həyat normasına çevrilməkdədir.
Eyni zamanda, hazırda dünya şiddətli müharibələrə səhnədir. Şərqi Avropada Rusiya-Ukrayna müharibəsi beşinci ildir ki, davam edir və hələ də sonu görünmür. Qəzzada baş verən son qətliamda insanlıq faciəsi yaşandı, 70 mindən çox insan həyatını itirdi. Sağ qalan insanlar hələ də humanitar fəlakət içindədirlər, onların ərzaq məhsullarına, dərman vasitələrinə və səhiyyə xidmətlərinə əlçatanlığı çox aşağı səviyyədədir. Qəzza qətliamının ardınca başlayan İran-ABŞ-İsrail müharibəsi isə öz miqyasına görə daha genişdir. Hazırda müharibənin tərkib hissəsi olaraq Hörmüz boğazında yaranan gərginlikdən bütün beynəlxalq birlik təsirlənir. Müharibədən əvvəl dünya üzrə neft-qaz ticarətinin təxminən 20 faizi bu dar keçid vasitəsi ilə reallaşırdı. İndi Hörmüz boğazının blokadaya alınması qlobal təchizat zəncirini pozub ki, bunun da mənfi təzahürləri Avropa və Asiya bazarlarında özünü kritik şəkildə göstərir. “Yüksələn geosiyasi gərginlik və genişlənən münaqişələr beynəlxalq sülh və təhlükəsizliyin həssaslığını, o cümlədən onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır. Bu xüsusda Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə özünün sarsılmaz sadiqliyini bir daha vurğulayır”, - deyə Prezident İlham Əliyev müraciətində bildirib.
Yeri gəlmişkən, son illərdə qalib Azərbaycanın yaratdığı reallıqların məntiqi nəticəsi kimi Cənubi Qafqazda müşahidə edilən transformasiyalar bütün dünya üçün nümunə kimi qəbul edilə bilər. Cənubi Qafqaz da təxminən otuz il ərzində müharibə riskləri ilə üz-üzə qalıb. Azərbaycan 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında şanlı zəfərlərə imza atmaqla sırf öz gücü ilə ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail oldu. Ölkəmiz müharibədən dərhal sonra isə sülh təşəbbüsünü irəli sürdü, Ermənistanla sülh gündəliyinə başladı və qətiyyətli səylər göstərməklə onu irəli apardı. “Ötən ilin avqustunda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilmiş Vaşinqton Zirvə görüşündə Azərbaycan ilə Ermənistan arasında normallaşmada tarixi irəliləyiş əldə olunmuşdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Normallaşma prosesi çərçivəsində bu gün artıq sülhün bəhrəsi ortadadır. Qeyd olunduğu kimi, Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətləri başlamışdır və hazırda Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulmasına töhfə verir.
Azərbaycanın unikal təcrübəsi - Böyük Qayıdış Proqramı uğurla icra olunur
Qalib Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə postmüharibə dövründə həyata keçirdiyi unikal və genişmiqyaslı qururculuq-bərpa işləri, məskunlaşdırma da dünya üçün müsbət təcrübə kimi qəbul edilə bilər. Azərbaycan azsaylı ölkələrdəndir ki, işğal illərində dağıdılmış şəhər və kəndlərin bərpasına müharibə başa çatdıqdan dərhal sonra start verib. Dövlətimizin başçısının vurğuladığı kimi, Böyük Qayıdış Proqramı uğurla icra olunur. 80 mindən artıq insan öz həyatını yenidən qurmaq, doğma yurdlarına qovuşmaq, təhsil almaq və işləmək məqsədilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıtmışlar.
Əlbəttə, bu prosesi ləngidən problemlər də yox deyil. Xüsusilə də minalar humanitar və inkişaf sahələrində ciddi təhdid olaraq qalır. Xatırladaq ki, 2020-ci ildə münaqişə başa çatdıqdan sonra 400-dən artıq azərbaycanlı mülki şəxs mina partlayışları nəticəsində həyatını itirmiş və ya yaralanmışdır.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi
Eyni zamanda, Azərbaycan inklüziv və dayanıqlı inkişafı davam etdirir. Aparılan islahatların nəticəsi olaraq milli iqtisadiyyat getdikccə böyüyür və sosial sferaya daha böyük həcmlərdə maliyyə yönəltmək imkanları yaranır. Son 7 ildə ardıcıl olaraq icra olunan 5 sosial islahat paketi də bunu əyani şəkildə təsdiqləyir. Qeyd edilən sosial islahat paketləri əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə ciddi artımlara, o cümlədən minimum əməkhaqqında 3,1 dəfə, orta aylıq əməkhaqqında 2 dəfə, minimum pensiyada 3 dəfəyə yaxın, orta aylıq pensiyada 2,6 dəfə, sosial müavinət, təqaüd ödənişləri üçün ayrılan illik vəsaitdə 5 dəfə, ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləğində 2,4 dəfə artıma imkan verib. Son iki onillik ərzində iqtisadiyyatımız təxminən dörd dəfə artıb, yoxsulluq və işsizlik isə təqribən 5 faiz səviyyəsinə düşüb. “Azərbaycan BMT-nin 2030-cu il Gündəliyini milli inkişaf strategiyalarına daxil edərək, yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində nailiyyətlər qazanaraq, “heç kəsi diqqətdən kənarda qoymamaq” prinsipinə qəti şəkildə sadiq çıxdığımızı əks etdirən könüllü milli hesabatlarını dövri olaraq təqdim edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

