Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / DSMF-nin xərcləri artıb

DSMF-nin xərcləri artıb

16.04.2026 [20:18]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin I rübündə proqnozla müqayisədə 9 faiz və ya 183 milyon manat çox olmaqla 2 milyard 132 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 3 faiz və ya 41 milyon manat artaraq 1 milyard 559 milyon manat olub.

Bu ilin 3 ayında DSMF-nin xərcləri isə 2 milyrd 53 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 189 milyon manat çoxdur.

Paylaş:
Baxılıb: 357 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30