YAP nümayəndələri ICAPP Qadınlar Qolunun 9-cu iclasında iştirak ediblər
13.04.2026 [16:59]
YAP nümayəndələri ICAPP Qadınlar Qolunun 9-cu iclasında iştirak ediblər
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə və YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin aparıcı məsləhətçisi Günel Məmmədova 9-11 aprel tarixlərində Türkiyənin İstanbul şəhərində hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) ev sahibliyi ilə keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Qadınlar Qolunun 9-cu iclasında iştirak ediblər.
Aprelin 10-da tədbir iştirakçıları Türkiyə Respublikasının Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
“Qlobal transformasiya dövründə qadın liderliyi” mövzusuna həsr olunan və 12 ölkədən 14 siyasi partiyanın nümayəndələrinin qatıldığı tədbirin açılış mərasimində Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz, ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq, ICAPP Qadınlar Qolunun sədri, Monqolustan parlamentinin üzvü Nomin Çimbat və AK Parti Qadın Qolları Baş Qərargahının sədri Tuğba Işık Ercan çıxış ediblər. Daha sonra ICAPP Qadınlar Qolu Bürosunun yeni tərkibi seçilib.
İclasın “Qlobal əməkdaşlıq naminə sülh quruculuğu və dialoqda qadın liderliyi” mövzusunda 1-ci plenar sessiyasında çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə Azərbaycanda gender siyasəti və regional sülhün bərqərar olmasında qadınların rolundan bəhs edib: “Ölkəmiz qadın hüquqlarının təşviqi və gender bərabərliyinin təmin olunması sahəsində zəngin ənənələrə malikdir. Şərqdə qadınlara ilk səsvermə hüququ verən ölkələrdən biri olaraq bu gün də qadınların ictimai-siyasi həyatda fəal iştirakı təmin olunur. Azərbaycanda qadınlar yüksək dövlət vəzifələrində uğurla təmsil olunur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti qadın liderliyinin bariz nümunəsidir. Onun təşəbbüsləri humanitar layihələrin həyata keçirilməsində, mədəniyyətlərarası dialoqun təşviqində və sosial rifahın gücləndirilməsində mühüm rol oynayır. Qadınlar ölkəmizin sosial-iqtisadi inkişafında və humanitar sahədə mühüm rol oynayırlar. Onlar qanunvericilik prosesində fəal iştirak edir, dövlət idarəçiliyində məsul vəzifələr daşıyır, təhsil və beynəlxalq əməkdaşlıq sahələrində mühüm təşəbbüslərlə çıxış edirlər. Xüsusilə vurğulamaq istərdim ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma prosesində qadınların iştirakı böyük əhəmiyyət kəsb edir. Onlar bu bölgələrdə infrastruktur layihələrinin həyata keçirilməsində, sosial xidmətlərin bərpasında fəal rol oynayır, burada həm mütəxəssis, həm lider, həm də ictimai fəal kimi çıxış edirlər”.
Sülh quruculuğu mövzusuna toxunan YAP İdarə Heyətinin üzvü Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün irəli sürdüyü təşəbbüslərdən bəhs edib. O bildirib ki, post-münaqişə dövründə regionun reinteqrasiyası və etimad mühitinin formalaşmasında qadın liderliyinin potensialından istifadə olunması, jurnalistlər, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri qismində qadınların da fəal iştirakı sülh prosesinin dayanıqlılığına birbaşa töhfə verir. P.Kərimzadə çıxışının sonunda inklüziv liderliyin yalnız bir seçim deyil, qlobal transformasiya dövrünün ortaya qoyduğu bir zərurət olduğunu deyib: “Qadın liderliyi yalnız bərabərlik məsələsi deyil. Bu, davamlı sülhün, sosial tərəqqinin və qlobal əməkdaşlığın əsas sütunlarından biridir. Yalnız qadınların bərabər iştirakı, açıq dialoq və cəmiyyətin bütün təbəqələrinin fəal rolu ilə biz daha təhlükəsiz, daha sabit və daha ədalətli bir gələcək qura bilərik”.
Aprelin 11-də keçirilən “Dayanıqlı gələcək üçün qadınlar və iqlim fəaliyyəti” mövzusunda 2-ci plenar sessiyadakı müzakirələr zamanı iqlim böhranının qadınlara təsiri və onların ekoloji problemlərin həllindəki innovativ rolu əsas diqqət mərkəzində olub.
Konfransın bağlanış sessiyasında ICAPP Qadınlar Qolunun yeni seçilmiş sədri - AK Partinin Mərkəzi Qərar və İdarə Heyətinin üzvü, Türkiyə Böyük Millət Məclisinin üzvü Meryem Göka tərəfindən iclasın xülasə hesabatı təqdim edilib və aparılmış müzakirələrin əsas məzmununu özündə əks etdirən “İstanbul Bəyannaməsi” qəbul olunub.
Mədəni proqram çərçivəsində iştirakçıların İstanbulun tarixi və mədəni irsini özündə əks etdirən məkanlara, o cümlədən Topqapı Sarayı və Ayasofya məscidinə ziyarəti təşkil olunub.
Səfər aprelin 11-də başa çatıb.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

