Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Baş nazir: Gürcüstan Dəmir Yollarının ötürmə qabiliyyəti ikiqat artırılacaq

Baş nazir: Gürcüstan Dəmir Yollarının ötürmə qabiliyyəti ikiqat artırılacaq

08.04.2026 [22:58]

Gürcüstan hökuməti dəmir yolu sektorunda genişmiqyaslı modernizasiya planı həyata keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bu günkü iclasında bildirib.

Onun sözlərinə görə, Gürcüstan Dəmir Yolları 2026–2028-ci illəri əhatə edən inkişaf planı çərçivəsində ciddi yenilənmə mərhələsinə qədəm qoyacaq.

Hazırlannış plan çərçivəsində 50 yeni lokomotiv və 1500 yeni vaqon alınacaq, eyni zamanda müasir dəmir yolu sistemləri tətbiq ediləcək, əlavə xətlər çəkiləcək. Bu addımlar əməliyyat proseslərini optimallaşdıracaq və ən əsası, dəmir yollarının ötürmə qabiliyyətini iki dəfə artıracaq.

Baş nazir əlavə edib ki, sərnişin daşımalarında da ciddi artım gözlənilir. Belə ki, yaxın illərdə illik sərnişin sayı 2 milyondan 5 milyona çatdırılacaq.

Paylaş:
Baxılıb: 169 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30